27 Sentyabr – Anım Günü ilə əlaqədar Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Şura üzvləri, şəhid ailələri və qazilər, rayon icra hakimiyyətinin rəsmiləri, ictimaiyyət nümayəndələri Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Şəhidlər Xiyabanını ziyarət ediblər.

"Unikal" xəbər verir ki, ziyarət zamanı Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin məzarları önünə əklil və gül dəstələri qoyulub, onların əziz xatirəsi ehtiramla yad edilib və ruhlarına dualar oxunub.

Qeyd olunub ki, 27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında Vətən müharibəsinin başlandığı, xalqımızın birlik və həmrəylik nümayiş etdirərək torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizəyə qalxdığı şanlı bir tarix kimi xüsusi yer tutur. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, şəhidlərimizin canı və qanı bahasına qazanılan tarixi Zəfər xalqımızın milli qürur mənbəyinə çevrilib.

Daha sonra Lökbatan qəsəbəsindəki “Şəhidlər” abidə kompleksi ziyarət edilərək abidə önünə əklil və çələnglər qoyuldu.

Anım Günü ilə əlaqədar rayonun müxtəlif ərazilərində saat 12:00-da bir dəqiqəlik sükut elan olunub. Vətəndaşlar həyatlarını Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda fəda edən şəhidlərimizin xatirəsini dərin ehtiram və minnətdarlıq hissi ilə yad ediblər.

Bir dəqiqəlik sükut şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində və yaddaşında əbədi yaşayacağının, onların göstərdiyi misilsiz qəhrəmanlığın daim ehtiramla anılacağının ifadəsi olub.

Şəhid ailələrinin üzvləri şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını ifadə edib və qazanılan qələbədə övladlarının da payı olduğu üçün fəxr etdiklərini bildiriblər.

Vətən yolunda canından keçən şəhidlərimiz hər zaman qəlbimizdə yaşayacaq və onların qanlarıyla azad etdikləri torpaqlarımızı göz bəbəyi kimi qoruyacağıq. Şəhidlərimizlə qürur duyur onlara Allahdan rəhmət, ailələrinə səbir diləyirik.










Son xəbərlər

Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib

Adilə Aslanova : QALİB QƏHRƏMAN - FOTO

Ronaldo mühüm matçda oynamayacaq

Qaradağda Şəhidlərin xatirəsi yad edildi - FOTOLAR

Türkiyədə ağır qəza - Xeyli sayda ölən və yaralanan var

İnsan beyni haqqında çoxlarının inandığı əsas miflər

Şakiranın 20 il sonrakı səfəri bu ölkədə bahalaşmaya səbəb oldu

"Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq" - Ərdoğan

MƏN ARZUMA ÇATDIM... - FOTO

"İncə fikirlər" layihəsinin bu dəfəki qonağı filoloq, ədəbi təhlilçi və tənqidçi, şair Şəhla xanım Rəvandır - FOTO

Novruzəli Aslanov: “Enerji potensialı rəqəmsal iqtisadiyyatın inkişafına təkan verəcək mühüm amillərdən biridir”

"QOŞMA ƏDƏBİ MƏCLİSİ"- də, ANIM GÜNÜ qeyd olundu - FOTOLAR

Vətəndaşlar Hərbi Memorial Məzarlığı ziyarət edir - Fotolar

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib

Azərbaycanın Xarici İşlər Nazirliyi 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb

Salah stadionun meydançası sintetik örtüklü olduğu üçün oynamayacaq

İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib

Xəlil Mirzə : Beş dəlikli kaftar yuvası. (Müqəddəs Zəfər: 10-cu hekayə)

Azərbaycanda Anım Günüdür

"Putin danışıqlardan yayınmaq üçün daim bəhanələr tapır" - Zelenski

ABŞ və Çindən 30 milyardlıq razılaşma

Azərbaycanda Anım Günüdür!

İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto

Əlövsət Saldaş : Ən gözəl şerimi Yurdda yazacam - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Abşeronda siqnala görə başlayan dava ölümlə bitdi - Yeniyetmə saxlanıldı

Anamın yadigarı bacım Pərvin Ad günün, şad günün mübarək!!!

Sevinc Yunuslu : Sənə dönən yolum Laçından keçir - FOTO

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930