
Xəbərlər
18.01.2023, 00:25
Əli Vahid ÇAYLI*** YAŞA SƏN ***
*** YAŞA SƏN ***
Bir Allah bəndəsnin iş(i)nə qarışma.!
Təmiz qəlblə, öz adınla yaşa sən.
El-oba içinə çıxıb danışma,
İsti ocaq, köz-odunla yaşa sən.
Varın varsa, kasıb olana da ver,
Susuz səhra, sudan yanana da ver.
Söz xiridarı ol, qanana da ver,
Halal çörək, duz dadınla yaşa sən.
Bir eşqin oduna yananda qorxma,
Hər an dada çatar bir tikə loxma.
Olsa yaşamağa bir uçuq daxma,
Bakirə qız, düz qadınla yaşa sən.
Çaylını çox çəkdim yaman sınağa,
Çətin yerdə çətin düşə qınağa.
Allah ruzi verdi vaxtsız qonağa,
Xoş anınla, saatınla yaşa sən.
Təmiz qəlblə, öz adınla yaşa sən.
El-oba içinə çıxıb danışma,
İsti ocaq, köz-odunla yaşa sən.
Varın varsa, kasıb olana da ver,
Susuz səhra, sudan yanana da ver.
Söz xiridarı ol, qanana da ver,
Halal çörək, duz dadınla yaşa sən.
Bir eşqin oduna yananda qorxma,
Hər an dada çatar bir tikə loxma.
Olsa yaşamağa bir uçuq daxma,
Bakirə qız, düz qadınla yaşa sən.
Çaylını çox çəkdim yaman sınağa,
Çətin yerdə çətin düşə qınağa.
Allah ruzi verdi vaxtsız qonağa,
Xoş anınla, saatınla yaşa sən.
Şair ocağı
Bağ evi
17.01.23.
Bağ evi
17.01.23.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














