27 Sentyabr-Şəhidlərimizi ehtiramla anırıq!
Onlar bizim qürur və fəxarət yerimizdir!

XTQ - in kapitanı, Vətən Müharibəsi Qəhrəmanı İsmayıl Səmədovun əziz xatirəsinə həsr elədiyim " Otuzuncu vərəq " poemamdan parça

QALİB QƏHRƏMAN
Tezdən xəbər gəldi ,ey kəndim, ayıl !
Bir igid büründü üç rəng bayrağa.
Yer yerdən ayrıldı, aman İsmayıl,
Necə qıyacaqlar səni torpağa?

Ata axtarırdı iki körpəsi,
Gələn kim, gedən kim, duymurdu hələ.
Bir məğrur qadının zərif çöhrəsi,
Ayrılıq sözünə uymurdu hələ.

Hələ getməmişdi əlin xınası,
Qönçə arzuları şəhid, bu qızın.
Gözündə qaynayan gənclik havası,
Pünhan xəyalları şəhid, bu qızın.

Bilirdi hərb nədir, həsrət, həyəcan...
Sevgisi bir qürur qalası idi.
Gənclik xəyalları yanan, qovrulan,
Bu yurdun bir məğrur balası idi.

İsmayıl, şəhidlik ən uca zirvən!
Məqsədin, məramın azad torpağın!
Bəsirət gözünlə sən görəcəksən,
İndi başlayıbdır yeni növrağım!

Şəhid eldən gedir, eldən gedəni,
Nə tarix unudur, nə də ki zaman.
Balantək qorusun Ana Vətəni,
Layiqli adını verdi Komandan.

Yarı yolda qalan arzularını,
Qeyrətli oğullar vurdular başa.
Müqəddəs ruhunla aramızdasan,
Ey qalib Qəhrəman, yaşa, çox yaşa!!!

Son xəbərlər

Serbiya Prezidenti Aleksandar Vuçiç istefa verib

Adilə Aslanova : QALİB QƏHRƏMAN - FOTO

Ronaldo mühüm matçda oynamayacaq

Qaradağda Şəhidlərin xatirəsi yad edildi - FOTOLAR

Türkiyədə ağır qəza - Xeyli sayda ölən və yaralanan var

İnsan beyni haqqında çoxlarının inandığı əsas miflər

Şakiranın 20 il sonrakı səfəri bu ölkədə bahalaşmaya səbəb oldu

"Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq" - Ərdoğan

MƏN ARZUMA ÇATDIM... - FOTO

"İncə fikirlər" layihəsinin bu dəfəki qonağı filoloq, ədəbi təhlilçi və tənqidçi, şair Şəhla xanım Rəvandır - FOTO

Novruzəli Aslanov: “Enerji potensialı rəqəmsal iqtisadiyyatın inkişafına təkan verəcək mühüm amillərdən biridir”

"QOŞMA ƏDƏBİ MƏCLİSİ"- də, ANIM GÜNÜ qeyd olundu - FOTOLAR

Vətəndaşlar Hərbi Memorial Məzarlığı ziyarət edir - Fotolar

Mehriban Əliyeva Anım Günü ilə bağlı paylaşım edib

Azərbaycanın Xarici İşlər Nazirliyi 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb

Salah stadionun meydançası sintetik örtüklü olduğu üçün oynamayacaq

İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib

Xəlil Mirzə : Beş dəlikli kaftar yuvası. (Müqəddəs Zəfər: 10-cu hekayə)

Azərbaycanda Anım Günüdür

"Putin danışıqlardan yayınmaq üçün daim bəhanələr tapır" - Zelenski

ABŞ və Çindən 30 milyardlıq razılaşma

Azərbaycanda Anım Günüdür!

İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto

Əlövsət Saldaş : Ən gözəl şerimi Yurdda yazacam - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Abşeronda siqnala görə başlayan dava ölümlə bitdi - Yeniyetmə saxlanıldı

Anamın yadigarı bacım Pərvin Ad günün, şad günün mübarək!!!

Sevinc Yunuslu : Sənə dönən yolum Laçından keçir - FOTO

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930