Xəbərlər
30.03.2024, 22:17
BAHAR GƏLƏNDƏ - FOTO
BAHAR GƏLƏNDƏ
Gəldikcə yaz ətri, bahar nəfəsi,
İnsanın hər şeyə artır həvəsi.
Quşlar da tərk edir isti qəfəsi,
Yenə yaz ayları, bahar gələndə.
Hava da bizimlə hey məzələnir,
Qanımız oyanır, ruh təzələnir.
Dolan buludlardan yağış ələnir,
Yenə yaz ayları, bahar gələndə.
Şair İlham alır fəsli bahardan,
Ömrü bitən qış da, ölür qəhərdən.
Otlar islaq olur şehli səhərdən,
Yenə yaz ayları, bahar gələndə.
Təbiət gücüylə torpaq oyanır,
Ulduzlar göylərdə səf-səf dayanır.
Hər dörd çərşənbədə tonqallar yanır,
Yenə yaz ayları, bahar gələndə.
Yurdumun qızıdır baharın özü,
Yaşıl örpəyilə bəzəyir düzü.
Şair təbə gəlir, çağlayır sözü,
Yenə yaz ayları, bahar gələndə.
İnsanın hər şeyə artır həvəsi.
Quşlar da tərk edir isti qəfəsi,
Yenə yaz ayları, bahar gələndə.
Hava da bizimlə hey məzələnir,
Qanımız oyanır, ruh təzələnir.
Dolan buludlardan yağış ələnir,
Yenə yaz ayları, bahar gələndə.
Şair İlham alır fəsli bahardan,
Ömrü bitən qış da, ölür qəhərdən.
Otlar islaq olur şehli səhərdən,
Yenə yaz ayları, bahar gələndə.
Təbiət gücüylə torpaq oyanır,
Ulduzlar göylərdə səf-səf dayanır.
Hər dörd çərşənbədə tonqallar yanır,
Yenə yaz ayları, bahar gələndə.
Yurdumun qızıdır baharın özü,
Yaşıl örpəyilə bəzəyir düzü.
Şair təbə gəlir, çağlayır sözü,
Yenə yaz ayları, bahar gələndə.
BELA ZƏNGİBASARLI
28.03.2024
28.03.2024
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













