Turaztv.az » Xəbərlər » ŞƏHLA XƏLİLQIZI: Bahar nəfəsi - FOTO
Xəbərlər

ŞƏHLA XƏLİLQIZI: Bahar nəfəsi - FOTO

20.03.2023, 21:54 435
ŞƏHLA XƏLİLQIZI: Bahar nəfəsi - FOTO
Bahar nəfəsi.

Gəl ey bahar ruhum səni axtarır,
Soyuq bulaqların həzin səsini,
Gəl ey bahar səni eşqim arayır.
Kəsək qışın sənlə olan bəhsini,
Canımda duyduğum xoş nəfəsini.

Ömür təzələnir, qanlar qaynayır,
Kol kosda çiçəklər qışdan oyanır,
Çəmənlərin gül-çiçəyə boyanır,
Qulağım arayır eşqin səsini,
Canımda duyduğum xoş nəfəsini,

İnsan sevgisindən düşməsin uzaq,
Qış kimi taleyi olmasın sazaq,
Hər günə gün kimi baharı qataq,
Səhərin açılan o, dan mehini,
Canımda duyduğum xoş nəfəsini.

Zümzümə edərək quşlar oxuyur,
Arılar bal üçün çiçək qoxuyur,
Təbiət hər yanda ilmə toxuyur,
Əlimə alanda səhər şehini,
Canımda duyduğum xoş nəfəsini.

Ay Şəhla, vəsf elə bahar sevinsin,
Eşqin havasına ürək isinsin,
Susmasın aşiqlər danışıb dinsin,
Qulağım arayır yarın səsini,
Canımda duyduğum xoş nəfəsini.


Şəhla Xəlilqızı.
19.03.2023

ŞƏHLA XƏLİLQIZI: Bahar nəfəsi - FOTO

Oxşar xəbərlər