Turaztv.az » Xəbərlər » Əli Vahid ÇAYLI : HƏSRƏTİN ÇƏKDİYİM BAHAR, YAZ AĞLAR
Xəbərlər

Əli Vahid ÇAYLI : HƏSRƏTİN ÇƏKDİYİM BAHAR, YAZ AĞLAR

18.01.2023, 01:20 443
Əli Vahid ÇAYLI : HƏSRƏTİN ÇƏKDİYİM    BAHAR, YAZ  AĞLAR
HƏSRƏTİN ÇƏKDİYİM
BAHAR, YAZ AĞLAR

Yaşadım bu yaşa qədər bəsimdi,
Köksümdə közərən odlu köz ağlar.
Şirin duyğularım incə səsimdi,
Qorxuya düşməsin kəlməm, söz ağlar.

Kef içində, keflə yaşadım ömrü,
Keçdiyim illərin vuruldu möhrü.
Gələn günlərimin tükənsə səbri,
Qaşların, kipriyin altda göz ağlar.

Altımışla beşi vurmuşam başa,
Yetmişlə səksənim olacaq paşa.
Doxsanı yüz elə, kişi tək yaşa,
Özü ata olan oğul, qız ağlar.

Əl-Vahidəm, gəzdim çölü, çəməni,
Dərdim gülü, dərdim tər yasəməni.
Qoca bilmədi heç görənlər məni,
Həsrətin çəkdiyim bahar, yaz ağlar.

Bakı-23
Şair ocağı
18.01.23.

Oxşar xəbərlər