Turaztv.az » Xəbərlər » QIZBƏS QƏBƏLƏ : MİN HİCABA DƏYƏR KƏLƏĞAYIMIZ - FOTO
Xəbərlər

QIZBƏS QƏBƏLƏ : MİN HİCABA DƏYƏR KƏLƏĞAYIMIZ - FOTO

27.11.2026, 13:13 10
Tarixin min illik yadigarıdır,
Sevgisi, isməti, düz ilqarıdır,
Elin dövlətidir, elin varıdır,
Min hicaba dəyər kələğayımız.

Əmanət qalıbdır nənələrimdən,
Heyranı idim mən körpəliyimdən,
Gəlib nəcabətdən, gəlib nəslimdən,
Min hicaba dəyər kələğayımız.

Yaranıb anaya, qıza hörmətdən,
Butası hörülüb saf məhəbbətdən,
Ellərə carçıdır o ləyaqətdən,
Min hicaba dəyər kələğayımız.

Min yaraşıq verir qıza-gəlinə,
Dönübdü hikmətə, el məsəlinə,
Bax, necə yaraşır bu türk elinə,
Min hicaba dəyər kələğayımız.

QIZBƏS QƏBƏLƏ : MİN HİCABA DƏYƏR KƏLƏĞAYIMIZ - FOTO

Oxşar xəbərlər