Xəbərlər
5.10.2026, 22:36
İlham Əliyevə dil uzadanlar bilməlidir ki... - Asəf Rzayev
"Azərbaycan Prezidenti İlham Əliyev dünya səviyyəsində liderdir. Türk dünyasının ona olan rəğbəti göz qabağındadır. Bunu görməmək üçün ya kor, ya da qərəzli olmaq lazımdır".
"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, bu sözləri "Unikal Media" Qrupunun rəhbəri Asəf Rzayev deyib.
"Qardaş ölkədə İlham Əliyevə qarşı piket keçirməyə çalışanlara bir sözümüz var: Ayıbdır, cənablar! Ağıllı olun!
Sizi narahat edən İlham Əliyevin nəyi oldu? Silah-sursatı hansı qiymətə demişdinizsə, həmin qiymətə aldı. Qarabağı işğaldan azad etdi. Azərbaycanı regionda söz sahibi etdi. Dünyanın müxtəlif yerlərində azərbaycanlının haqqını müdafiə etdi.
İlham Əliyevin arxasında 10 milyon Azərbaycan vətəndaşı, 40 milyon Azərbaycan türkü dayanır.
O, Qarabağı təkcə işğaldan deyil, Azərbaycanı zəiflətmək istəyən xəbis planlardan da xilas etdi.
Bu gün onun yanında milyonlarla vətənpərvər, döyüşçü, şəhid ailəsi və şəhid övladı var.
Ona görə də kimlərsə İlham Əliyevə dil uzadanda bilməlidir: Azərbaycan xalqı dövlətinə və milli liderinə qarşı edilən haqsızlığa susan xalq deyil.
İlham Əliyev tək deyil. Onun arxasında Azərbaycan var!"
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


