Siyasi mesajları anlamaq üçün bəzən sadəcə eşitmək kifayət etmir. Sözün arxasındakı məqamı, zamanlamanı, ünvanı və siyasi konteksti də görmək lazımdır.

Təəssüf ki, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlərin bir qismini kontekstdən çıxarıb tamam başqa istiqamətə yozmağa çalışanlar oldu. Daha təəssüflisi isə odur ki, bu yanaşma həm Azərbaycanda, həm də Türkiyədə Azərbaycan–Türkiyə münasibətlərini hədəfə almağa çalışan bəzi çevrələrə fürsət verdi.

Halbuki Prezidentin mesajlarının ünvanını anlamaq üçün hadisələrə bir qədər diqqətlə baxmaq kifayətdir.
Bu baxımdan İqbal Ağazadənin məsələyə yanaşmasını xüsusi qeyd etmək istəyirəm. O, son günlər baş verənləri, xüsusilə İran nümayəndələri ilə görüşləri, Möhsün Rezayinin əvvəlki açıqlamalarını və Prezident İlham Əliyevin qurultaydakı fikirlərini bir-biri ilə əlaqələndirərək kifayət qədər aydın mənzərə ortaya qoyub.
İqbal Ağazadəyə təşəkkür edirəm ki, məsələyə emosional deyil, faktların və siyasi kontekstin üzərindən yanaşıb.
Çünki söhbət Türkiyədən getmirdi.

Azərbaycan Prezidentinin çıxışında səsləndirdiyi fikirləri Türkiyə-Azərbaycan münasibətlərinə qarşı çevirmək cəhdi, ən azı, siyasi mesajları oxumaq bacarığının olmamasıdır. Daha açıq desək, bir dövlət başçısının mühüm siyasi çıxışını onun ümumi kontekstindən çıxarıb başqa səmtə yönəltmək ən azı mədəniyyətsizlikdir.
Azərbaycan və Türkiyə münasibətləri hansısa bir siyasi şərhçinin yozumundan asılı deyil. Biz iki dövlətik, amma bir millətik. Bu ifadə sadəcə siyasi şüar deyil. Tarixin, qan bağlarının, ortaq dilin, mədəniyyətin, taleyin və ən çətin günlərdə bir-birinə verilmiş dəstəyin ifadəsidir.
Azərbaycanın ən ağır günlərində Türkiyənin yanımızda dayanmasını Azərbaycan xalqı unutmayıb. Eyni şəkildə Türkiyə xalqı da Azərbaycanın öz dövlətçiliyini, müstəqilliyini və ərazi bütövlüyünü qorumaq yolunda apardığı mübarizəni heç vaxt unutmayacaq.
Ona görə də istər Azərbaycanda, istər Türkiyədə Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salmağa, iki qardaş xalqın arasına şübhə toxumu səpməyə çalışanlara sözüm sadədir:

GÖZƏL BAXIN Kİ, GÖZƏL GÖRƏSİNİZ


Hər məsələnin içində qarşıdurma, hər cümlənin arxasında ayrılıq, hər siyasi mesajın içində Türkiyəyə qarşı yönəlmiş niyyət axtarmaqla həqiqəti dəyişmək mümkün deyil.

Azərbaycanın Türkiyə ilə münasibətləri kiminsə şəxsi siyasi maraqlarından böyükdür. Türkiyə-Azərbaycan qardaşlığı sizin arzuladığınız qədər kövrək deyil.
Bu münasibətləri sosial şəbəkə manipulyasiyaları, siyasi təhriflər və cılız təxribatlarla sarsıtmaq mümkün deyil. İstər Azərbaycandakı, istər Türkiyədəki araqarışdıranlara demək istəyirəm ki, boşuna çalışmayın. Sizin bu cılızlığınız böyük xalqları sarsıda bilməz.
Azərbaycan xalqı da, Türkiyə xalqı da kimin dost, kimin isə araya nifaq salmağa çalışan olduğunu çox yaxşı bilir.
Bəzən bir hadisəyə hansı tərəfdən baxmağınız onun necə görünəcəyini müəyyən edir. Pis niyyətlə baxsanız, qardaşlıqda da düşmənçilik axtararsınız. Gözəl baxsanız, illərin sınağından çıxmış dostluğu və qardaşlığı görərsiniz. Elə isə bir daha deyirəm,

GÖZƏL BAXIN Kİ, GÖZƏL GÖRƏSİNİZ


Çünki Azərbaycan-Türkiyə qardaşlığı sizin yaratmaq istədiyiniz siyasi gündəmdən qat-qat böyükdür.
Və unutmayın ki, arzunuz ürəyinizdə qalacaq.

GÖZƏL BAXIN Kİ, GÖZƏL GÖRƏSİNİZ
Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü, "Beynəlxalq Rəsul Rza mükafatı" laureatı.

Son xəbərlər

Bütün gecə elektrik enerjisi "yeyirlər": bu cihazları şəbəkədən ayırın

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi keçirildi - FOTOLAR

Metyu haqda filmdən imtina etdilər

Ciqan valideynlikdən məhrum oluna bilər

GÖZƏL BAXIN Kİ, GÖZƏL GÖRƏSİNİZ

Məlahət Behbudqızı ✍️ : Ruhum tənha dolaşır - FOTO

İnternet həqiqətən harada “yaşayır”: Məlumat mərkəzi nədir və necə işləyir?

Şəhla Xəlilqızı : Yeni şeir nümunəsi - FOTO

İlon Mask 4 uşağının anasından ayrıldı

"Anne yarısı"nda daha bir aktyor - FOTO

Cəbrayılın azad olunmasından 6 il ötür

“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım

PAYIZ–TƏBİƏTİN DEYIL, İNSANIN İÇİNDƏ YAŞANAN BİR FƏSİLDİR.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il keçir

Məlahət Behbudqızı ✍️ : Bəzi yağışlar insanın ürəyinə yağar... - FOTO

Gülnarə Məhəmmədqızı : ƏBƏDİ İLQAR - FOTO

Ömrün İşıqlı Zirvəsi - FOTO

"Xalqımız xilaskarlıq missiyasını Ulu Öndər Heydər Əliyevdə görürdü"

Ərdoğan Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını etdi - FOTOLAR

ƏZİZƏ AĞAHÜSEYNQIZI : MÜCİRƏDDİN BEYLƏQANİ - FOTO

Şərafəddin Ilkin : Qarşıdan sənin doğum günün gəlir, Bali... 8 oktyabr... FOTO

Zülfiyyə İsmayıl : Sənə baxır gözlərim - FOTO

Üzr tələbinə raketlə cavab verdilər

Sözdən düşüncəyə gedən yol.

Şəhid anasını ağır söyüşlərlə təhqir edən bloger niyə cəzalandırılmır?

“Turan Tovuz” Bakıda “Fənərbaxça”ya məğlub olub

Bessent ABŞ və Çinin süni intellekt planlarını sızdırdı

Qonşu ölkədə qadın vəba xəstəliyindən öldü: 200 nəfər nəzarətə götürüldü

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031