9.06.2026
“Xalqa bağışlanan ömür-Heydər Əliyev fenomeni ”mövzusunda keçirilən tədbirdə, öncə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Rəqsanə Xəlilzadə çıxış edərək bildirdi ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 iyun Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli Lider Heydər Əliyevdir. 1993-cü ilin iyununda Heydər Əliyevin Bakıya qayıdışı ilə xalq rahat nəfəs aldı, Azərbaycanın müstəqilliyi əbədi və dönməz oldu. Ölkəmiz dünyada layiqli yerini tutdu, regionda gələcəyə inamla baxan güclü lider dövlətə çevrildi. Ulu öndərin misilsiz siyasi məharəti, zəngin dövlətçilik təcrübəsi, möhkəm qətiyyəti və uzaqgörənliyi sayəsində xalqımızın ən böyük çətinlikləri, milli dövlətçiliyimizin itirilməsinə səbəb ola biləcək problemlər qısa zamanda həll edildi.
Daha sonra muzeyin əməkdaşı M.Kərimova Ulu Öndərin həyat və yaradıcılığından, keçdiyi ömür yolundan söhbət açdı,vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi dərin hörmət, sevgi və məhəbbətlə yad ediləcək, xalqımız onu unutmayacaqdır.


Rəqsanə XƏLİLZADƏ
M.Ə.Sabirin Şamaxıdakı Ev-Muzeyinin direktoru



Son xəbərlər

PÜSTƏ RƏVAN : BÜTÜN ANALARA İTHAF EDİRƏM - FOTO

M.Ə.Sabirin Şamaxıdakı Ev-Muzeyində 15 iyun-Milli Qurtuluş Günü ilə əlaqədar dəyirmi masa keçirildi - FOTO

Mundiallar tarixində milliləri çalışdıran heç bir əcnəbi baş məşqçi dünya çempionu ola bilməyib

Sloveniya Prezidenti Azərbaycan liderini təbrik edib

Sankt-Peterburqda hərbi zavodun yaxınlığında böyük yanğın baş verib, 4 nəfər ölüb

Eynulla Fətullayevin yerinə o, rəhbər təyin edildi

Nazir hesabat verdi

“2,5 il diaqnoz qoyulmayan xəstəliklə mübarizə apardım”

QƏZƏNFƏR MƏSİMOĞLU : Tələbəlik illərində yaşadığımız maraqlı anlar - FOTO

Sankt-Peterburqda yanğında dörd nəfər ölüb

Qəbul imtahanlarının II cəhdində iştirak üçün 71 890 nəfər qeydiyyatdan keçib

“Prada”nın yeni “podium”u Ay oldu - Fotolar

DİN: Qanunsuz saxlanılan silah insan həyatı üçün ciddi təhlükələrə səbəb ola bilər

Tramp: Yaxın Şərqdəki münaqişənin həlli başa çatmaq üzrədir

Azərbaycan neftinin qiyməti 100 dolları ötüb

Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb

Bakıda nəqliyyatın sıxlığı müşahidə olunan yollar açıqlanıb

Bu gecə “qovuşurlar”

Səhhətinə görə ekranlardan uzaq qalıbmış

QIZBƏS QƏBƏLƏ : VARLILAR ÜÇÜN SIĞINACAQLAR - FOTO

İLLƏRİN AYIRA BİLMƏDİYİ DOSTLUQ - FOTO

Alıcan İsgəndərli : " DOST DOSTA TƏN GƏRƏK... " - FOTO

Qismətim deyilsən - FOTO

Bir Mayis Əlizadə var idi... - FOTO

Paşinyanı təbrik edib, Cənubi Qafqazda sülhə söz verdi

Afrikanın ən yaxşı hakimi ABŞ-yə buraxılmadı

Yayım tarixi bəlli oldu

Perez Papa ilə görüşdü - Foto

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930