
Xəbərlər
15.06.2026, 15:51
GÖZƏLLİK CƏM OLUB ÖZÜNDƏ SƏNİN - FOTO
(Əziz bacım və dəyərli elqızım Südabə xanıma)
Tər güllər açılar, sərin meh əsər,
Şehli çəmənində,düzündə sənin.
Sözümü qoy deyim, elə müxtəsər,
Gözəllik cəm olub özündə sənin!
Sənsən könüllərdən kədəri silən,
Sənsən tikəsini hər kəslə bölən.
Təmiz niyyətindir ürəkdən gələn,
Görünür hər zaman üzündə sənin!
Gözlərin tox olub, açıqdır əlin,
Əzəldən yaranıb budur təməlin.
Bu fani dünyada gözəl əməlin,
Ömürlük qalacaq izində sənin!
Hər kəs sərbəst olur sənin yanında,
Şirinlik kükrəyir isti qanında.
Halallıq, dürüstlük olub canında,
Yalan olmayıbdır sözündə sənin!
Südabə, elqızı, gör nəvə toyu,
Uca tut adını, yaşat bu soyu.
Arzumuz budur ki, bir ömür boyu,
Gülüş məskən salsın gözündə sənin!
Xatirində qalsın hər xoş anların,
Yadından çıxma sən heç insanların.
Bu gün təbrikinə gələn dostların,
Yığışsın başına yüzündə sənin!
BELA ZƏNGİBASARLI.
15.06.2026.
ÇOX HÖRMƏTLİ ELQIZIM, ƏZİZ BACIM, SƏNİ ƏN XOŞ ARZULARIMLA, DOĞUM GÜNÜN MÜNASİBƏTİLƏ TƏBRİK EDİRƏM!
YENİ YAŞIN VƏ DÜNYAYA GƏLİŞİN ÇOX MÜBARƏK!
SAĞLAM ÖMÜRLƏ 100 YAŞA!
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


