
Xəbərlər
5.08.2025, 01:30
GƏNCLİK EŞQİ İLƏ VURUR ÜRƏYİN- FOTO
Şair qəlbli əziz və sevimli Səyyarə xanımın ad gününə
Bu gün ad günündür,ay gözəl bacım,
Qalxırsan ömrünün pillələrini.
Gənclik addım - addım uzaqlaşsa da,
Sanma ki, gözəllik tərk edir səni.
İl üstə il gəlib dolsan da yaşa,
Gənclik eşqi ilə vurur ürəyin.
Qəlbindən, gözündən eşq daşa-daşa,
Ürəkdə gül açır sevgi çıçəyin.
Kim doyar səsinin şirinliyindən?!
Bal dadan sözlərin könül oxşayır.
Gözündə yüz məna dərinliyindən,
Baxışın aləmə məhəbbət yayır.
Hər övlad, şipşirin nəvə üzündə,
Sənin gül çöhrənin bir parçası var.
Sanma ki, gəncliyin silinib gedib,
Sənin gəncliyini yaşayır onlar.
Bacım, sevincinə şərik olaraq,
Sənin ad gününü təbrik edirəm.
Qalan ömrünü də şad - xürrəm yaşa,
Qoy yaxın düşməsin sənə kədər, qəm.
Qalxırsan ömrünün pillələrini.
Gənclik addım - addım uzaqlaşsa da,
Sanma ki, gözəllik tərk edir səni.
İl üstə il gəlib dolsan da yaşa,
Gənclik eşqi ilə vurur ürəyin.
Qəlbindən, gözündən eşq daşa-daşa,
Ürəkdə gül açır sevgi çıçəyin.
Kim doyar səsinin şirinliyindən?!
Bal dadan sözlərin könül oxşayır.
Gözündə yüz məna dərinliyindən,
Baxışın aləmə məhəbbət yayır.
Hər övlad, şipşirin nəvə üzündə,
Sənin gül çöhrənin bir parçası var.
Sanma ki, gəncliyin silinib gedib,
Sənin gəncliyini yaşayır onlar.
Bacım, sevincinə şərik olaraq,
Sənin ad gününü təbrik edirəm.
Qalan ömrünü də şad - xürrəm yaşa,
Qoy yaxın düşməsin sənə kədər, qəm.
05.08.2025 00:55 II gün TƏRANƏ MƏFTUN
AYB və Turan Yazarlar Birliyinin üzvü
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay
