Yaşa,Cəmilim,yaşa!

Ailəmə, övladlarıma bağlı insanam. Övladlarım mənim üçün çox dəyərli varlıqlardır. Ancaq nəvə tamam başqa bir hissdir. İki oğlum, iki qızım var. Oğlanlarım evlidirlər. Cəlalın övladı var. Amma illər idi Turalın övladı olmurdu. Nəhayət, ötən il Allah ona övlad, mənə də nəvə bəxş elədi. Oğlumun oğlu dünyaya gəldi, adını Cəmil qoydular. Əvvəllər Cəlaldan olan nəvəm bizdən ayrı yaşasalar da, istəklərini yerinə yetirməyə çalışmışam. Zamanım olduğu müddətcə onları özümlə bərabər gəzdirmişəm. Onların heç bir istəyini nəticəsiz qoymamışam. Nəvələrimlə nəfəs alıram. Şükürlər olsun ki, bu gözəl nemətdən dadmaq mənə, eləcə də nənələrinə də qismət olub. Övladlarıma təşəkkür edirəm ki, mənə baba statusunu qazandırıblar. Bəlkə də nəvə ona görə şirindir ki, o, sənin övladının övladıdır.Canına daha yaxındır. Nəvələrimin hamısını çox istəyirəm.Onların addım atdıqlarını, yeriməklərini, danışmaqlarını görəndə çox sevinmişik. Bu, sözlə ifadə olunacaq hisslər deyil. Onlar bizim nəslimizin davamçılarıdırlar. Hər bir valideynə nənə-baba olmağı arzu edirəm. Bu çox gözəl hissdir. İstəyirəm nəvələrimin sayı daha da çox olsun. Nəvəm Cəmilin 1 yaşı tamam olur. Bu mnüasibətlə həm özümü,əmisini,bibilərini,dayı və xalalarını həm də valideynlərini təbrik edir, balaca Cəmilə isə cansağlığı, atalı, nənəli-babalı xoşbəxt ömür arzulayıram. Qəm-kədər ayaqlarının tozu sevinc isı başının tacı olsun. Amin! Və sonda fikrimi
bir neçə misra ilə tamamlamaq istəyirəm.


Nəvəmin ad günüdür,
Cəmildir onun adı.
Hamı üçün əzizdir,
Gülüşü, zarafatı.

Nəvə çox şirin olur,
Bir çoxu bilir bunu.
Sözə baxmasa belə,
Heç kim danlamır onu.

Kim inanmırsa buna,
Tezliklə görsün nəvə.
Baxıb doyunca ona,
Oxşasın sevə-sevə.

Gəlib çatdın bir yaşa,
Boy-buxunun tamaşa,
Allah səni saxlasın!
Yaşa,Cəmilim,yaşa!









Hörmətlə: Baban Cəmil Zəbhullaoğlu

Son xəbərlər

“Azərbaycanda nə hicaba, nə də niqaba qadağa var”

Şamaxıda Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib - Fotolar

Məktəblərdə geyim qaydaları ciddi yoxlanılır - Tədbirlər görülür

Bu gəncləri siz də tanıyın - Fotolar

Kəmaləddin Heydərov İranın daxili işlər naziri İsgəndər Momeni ilə görüşüb

Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Prezident Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini təsdiq edib

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

Sabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq

Tələbə otaq yoldaşını bıçaqladı

İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib

Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək

Hun Manet Zəfər parkını ziyarət etdi

AMEA-da USTAD AŞIQ HÜSEYN SARAÇLInın 110 illik YUBİLEYİnə həsr olunan BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLİB (-Yenilənib-)

Ömrünü təhsilə və poeziyaya həsr edən ziyalı

Azərbaycan Prezidenti: Süni intellekt əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir

İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

Türkiyədə traktorun qoşqusu aşıb, 11 nəfər yaralanıb

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Ayətxan Ziyad – 75

Moskva səfərini təxirə saldılar

HƏMİŞƏ ÖZ İTİM QAPIR QIÇIMI

Təyyarələr Moskvaya enə bilmədi

Şəhidimizin qardaşı dəm qazından dünyasını dəyişdi - FOTO

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031