
Xəbərlər
20.06.2026, 22:03
İldırım Əlişoğlu : İçimin sənsizlik alovu sönmür - FOTO
Təbəssüm üzümə hədə yollayıb:
Sözsüz, qonmalıdı dodaqlarıma!
Bu vüsal içimdə nə vaxt kök salıb,
Billəm, sevgim qonub budaqlarına...
Bircə baxışların dönük çıxmayıb,
Büküb sevgimizi, saxlayıb orda.
Kirpiklərin oxa çevrilmir nəsə?
Beləcə, gözləri qoymayır darda.
Qəlbim "əlac" adlı vüsalı gəzdi,
Dedilər, onun da həkimi yoxdu!
Ortada ayrılıq at oynadlrdı,
Bilirdi, sülh, barış hakimi yoxdu...
İçimin sənsizlik alovu sönmür,
Basacaq bizləri tüstümə, gülüm!
Sənə acığımın gözü dolupdu,
"Yağışın" tökəcək üstümə gülüm!
Boşuna xərcləmə hədəni mənə,
Vallah, sən deyəni ürəyin demir.
Səndəki duyğunu tanıyıram mən,
Qoymaz vüsal yata, ala bir çimir!..
20.06.2026
Sözsüz, qonmalıdı dodaqlarıma!
Bu vüsal içimdə nə vaxt kök salıb,
Billəm, sevgim qonub budaqlarına...
Bircə baxışların dönük çıxmayıb,
Büküb sevgimizi, saxlayıb orda.
Kirpiklərin oxa çevrilmir nəsə?
Beləcə, gözləri qoymayır darda.
Qəlbim "əlac" adlı vüsalı gəzdi,
Dedilər, onun da həkimi yoxdu!
Ortada ayrılıq at oynadlrdı,
Bilirdi, sülh, barış hakimi yoxdu...
İçimin sənsizlik alovu sönmür,
Basacaq bizləri tüstümə, gülüm!
Sənə acığımın gözü dolupdu,
"Yağışın" tökəcək üstümə gülüm!
Boşuna xərcləmə hədəni mənə,
Vallah, sən deyəni ürəyin demir.
Səndəki duyğunu tanıyıram mən,
Qoymaz vüsal yata, ala bir çimir!..
20.06.2026
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













