
Xəbərlər
20.06.2026, 22:58
Məlahət Behbudqızı : Sənli xəyallarla yaşayır qəlbim - FOTO
Bildinmi
Ruhumun yarısı sənsən bilirəm,
Qalanı həsrətin kölgəsindədir.
Sənli xəyallarla yaşayır qəlbim,
Sevgimi həsrətə sata bildinmi?
Xoşbəxt günlər ta qapımı çalmadı,
Dərd əritdi, tənim kölgə salmadı.
Gözləməkdən gözümdə nur qalmadı,
Bu halımdan xəbər tuta bildinmi?
Şam kimi əridim izim olmadı,
Çox aradım sağım,solum dolmadı.
Aylar keçdi günlər saçın yolmadı?
Darıxmağı qəlbə buta bildinmi?
Ruhumun yarısı sənsən bilirəm,
Qalanı həsrətin kölgəsindədir.
Sənli xəyallarla yaşayır qəlbim,
Sevgimi həsrətə sata bildinmi?
Xoşbəxt günlər ta qapımı çalmadı,
Dərd əritdi, tənim kölgə salmadı.
Gözləməkdən gözümdə nur qalmadı,
Bu halımdan xəbər tuta bildinmi?
Şam kimi əridim izim olmadı,
Çox aradım sağım,solum dolmadı.
Aylar keçdi günlər saçın yolmadı?
Darıxmağı qəlbə buta bildinmi?
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













