Xəbərlər
26.09.2025, 00:56
.Afiq Göyçəli : Özün ol hər yerdə,özün kimi qal.. - FOTO
Dəyişmə nə evdə,nəgə ki çöldə,
Özün ol hər yerdə,özün kimi qal.
Rənglərin guruna vermə ruhunu,
Özün ol hər yerdə,özün kimi qal.
Dondan-dona girmə adam balası,
Adına yazılar taptaq çalası.
Heç kimə xoş deyil torpaq alası,
Özün ol hər yerdə,özün kimi qal.
Həyatı azacıq baha gör,yaşa
Çəkmə dərd rəngini dürüstsə başa.
Güvənmə cib sevən dosta,yoldaşa
Özün ol hər yerdə,özün kimi qal.
Bölünmə bir neçə adama qəti,
Sadəlik köçürər Afiq, diqqəti.
Ömrü uzadandır Elin şəfqəti,
Özün ol hər yerdə özün kimi qal..
Özün ol hər yerdə,özün kimi qal.
Rənglərin guruna vermə ruhunu,
Özün ol hər yerdə,özün kimi qal.
Dondan-dona girmə adam balası,
Adına yazılar taptaq çalası.
Heç kimə xoş deyil torpaq alası,
Özün ol hər yerdə,özün kimi qal.
Həyatı azacıq baha gör,yaşa
Çəkmə dərd rəngini dürüstsə başa.
Güvənmə cib sevən dosta,yoldaşa
Özün ol hər yerdə,özün kimi qal.
Bölünmə bir neçə adama qəti,
Sadəlik köçürər Afiq, diqqəti.
Ömrü uzadandır Elin şəfqəti,
Özün ol hər yerdə özün kimi qal..
25.09.25...
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













