
Xəbərlər
21.06.2026, 00:19
CÜMŞÜD AYDƏMİR : Dünyanı qoruyaq - FOTO
Düymə tumurcuqlar şivləri üstə,
Üşüyə-üşüyə çiçək açıblar.
Bu bahar qızları sevə bilmədim,
Yağışdan islanıb evə qaçıblar.
Çiçəklər darıxdı sevənləriyçün,
Ətri yayılmadı koldan o yana.
Məzarın darıxdı gələnlər üçün,
Leysan başımızdan tökdü, ay ana.
Halına acıdım bu bahar,bu yaz,
Çiçəklər solğundu, güllər pərişan.
Deyirəm,bu ilki bu yazdan olmaz,
Pətəklər qaraldı,töküldü şan-şan.
Arılar oynamır, güllə, çiçəklə,
Ehtiyat yemini yeyir acanda.
Allah özün yetir, deyir ürəklə,
Arıçı Eynullah bal amacında.
Gəlin dünyamızı qoruyaq, dostlar,
Təbiət həyəcan təbili çalır.
Naqis əməllərdən çəkinək,dostlar,
İnsanlar ölsə də əməllər qalır.
Bakı. 19.06.26
Üşüyə-üşüyə çiçək açıblar.
Bu bahar qızları sevə bilmədim,
Yağışdan islanıb evə qaçıblar.
Çiçəklər darıxdı sevənləriyçün,
Ətri yayılmadı koldan o yana.
Məzarın darıxdı gələnlər üçün,
Leysan başımızdan tökdü, ay ana.
Halına acıdım bu bahar,bu yaz,
Çiçəklər solğundu, güllər pərişan.
Deyirəm,bu ilki bu yazdan olmaz,
Pətəklər qaraldı,töküldü şan-şan.
Arılar oynamır, güllə, çiçəklə,
Ehtiyat yemini yeyir acanda.
Allah özün yetir, deyir ürəklə,
Arıçı Eynullah bal amacında.
Gəlin dünyamızı qoruyaq, dostlar,
Təbiət həyəcan təbili çalır.
Naqis əməllərdən çəkinək,dostlar,
İnsanlar ölsə də əməllər qalır.
Bakı. 19.06.26
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











