Həyatımda xüsusi yeri olan ADPU-nun Quba filialında müəllifi olduğum "MEHRAB DASTANI" adlı kitabımın təqdimat mərasimi baş tutdu.

ADPU-nun Quba filialının təşkil etdiyi möhtəşəm kitab təqdimatı mərasimində iştirak edərək bu mənalı günü öz varlıqları, dəyərli sözləri və səmimi münasibətləri ilə yaddaşlara həkk edən hər kəsə bir minnətdarlıq ünvanlamaq istəyirəm.
İlk növbədə, bu tədbirə xüsusi diqqət və qayğı göstərən, hər zaman elmə, ədəbiyyata və mənəvi dəyərlərə böyük dəstək verən ADPU-nun Quba filialının direktoru, professor hörmətli Yusif Alıyevə ən səmimi təşəkkürümü ifadə edirəm. Onun ziyalı mövqeyi, milli-mənəvi dəyərlərimizə bağlılığı və elmə verdiyi yüksək dəyər belə tədbirlərin uğurla ərsəyə gəlməsində mühüm rol oynayır. Hörmətli Yusif müəllimin diqqəti, etimadı və mənəvi dəstəyi mənim üçün xüsusi əhəmiyyət daşıyır.
Eyni zamanda, təşkilati işlərdə həssas yanaşması, qayğıkeş münasibəti və hər zaman göstərdiyi dəstəyə görə ADPU-nun Quba filialının direktor müavini hörmətli Aysel Şeydayevaya xüsusi təşəkkürümü bildirirəm. Aysel xanımın səmimiyyəti, peşəkarlığı və bu tədbirin yüksək səviyyədə təşkilinə verdiyi töhfələr təqdirəlayiqdir.
Quba Rayon İcra Hakimiyyətinə, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri hörmətli Fidan Hüseynovaya, Milli Məclisin deputatı hörmətli Aydın Mirzəzadəyə, ADPU-nun Quba filialının professor-müəllim heyətinə, Vətən Müharibəsi Qəhrəmanı Mehrab Niftəliyevin ailə üzvlərinə, şəhid ailələrinə, qazilərimizə, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədovaya, Quba Heydər Əliyev Mərkəzinin direktoru Sevinc Səlimovaya, Quba Mərkəzi Kitabxanasının müdiri Saməddin Nəsirova və kitabxana kollektivinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin rəisi Yasin Aşurova, "Vətən Naminə Şəhid Ailələrinə Dəstək" İctimai Birliyinin sədri Tünzalə Abduləlimovaya, Prezident mükafatçısı, Əməkdar Mədəniyyət İşçisi Elza Orucovaya, Vətən Müharibəsi Qaziləri və Veteranları İctimai Birliyinin sədri Ramin Yunusluya, Vətən müharibəsi qazilərinə, kitabın təqdimatında dəyərli fikirləri ilə iştirak edən görkəmli şair Ramiz Qusarçaylıya, Quba Soyqırımı Memorial Kompleksinin direktoru Rəxşəndə Bayramovaya, Xaçmaz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Pakizə Mehdiyeva ya, və Xaçmaz rayonundan gələn bütün dəyərli ziyalılara, Gözəl xanıma, Vəfa xanıma, Mehrab Niftəliyevin adına Texniki Fənlər Təmayüllü Məktəb-Liseyin direktoru Gülzar xanıma və pedaqoji kollektivə, Viqas Med Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Fidan Bağırovaya, Mübariz Abdullayev adına Qam-Qam kənd tam orta məktəbinin rəhbəri Sevda xanıma və müəllim kollektivinə, Azad Məmmədov adına 2 nömrəli tam orta məktəbin rəhbəri Lalə xanıma və müəllimlərinə, Mentis Kids Psixologiya Mərkəzinin rəhbəri Musa Məmmədzadəyə, Quba şəhər 7 nömrəli məktəbin direktor müavini Lalə xanıma, Alpan kənd tam orta məktəbinin direktoru Mehparə Rüstəmova ya, Elbir kənd tam orta məktəbinin rəhbəri Gülnarə xanıma, Həmkar sədri Vüsalə Kərimovaya, Quba şəhər 1 saylı Mediasiya Təşkilatının rəhbəri Hümmət Əliyevə, Qafqaz Televiziyasının əməkdaşları Elçin müəllimə və Xanım müəlliməyə, Quba QİAD rəhbərliyinə və Şəbnəm xanıma, Quba Musiqi Məktəbinin direktoru İlqar müəllimə, Tahirə xanım Rzayevaya, kitabın redaktoru Şıxəmməd müəllimə, şairə-pedaqoq Rəna xanıma, Ülvi müəllimə, kitabda xatirə yazıları ilə yer alan bütün müəlliflərə, müəllimlərə, ictimaiyyət nümayəndələrinə, "Ay işığı" ədəbi məclisinə, "Gülüstan" ədəbi məclisinə, "Ulduzlar" ədəbi məclisinə, şair və yazarlara, universitet tələbələrinə, media nümayəndələrinə, ailəmə, oğlum Asifə, həyat yoldaşım Ədalət müəllimə, övladlarıma və adlarını çəkə bilmədiyim bütün dəyərli qonaqlara, dostlara, yoldaşlarla sonsuz təşəkkürümü bildirirəm.
Sizin hər birinizin iştirakı, xoş sözləri və mənəvi dəstəyi bu təqdimatı sadəcə bir kitab tədbiri deyil, həm də mənəviyyatın, vəfanın, dostluğun və ziyalılığın təntənəsinə çevirdi.

Dünən mən bir daha əmin oldum ki, insanın ən böyük sərvəti onun ətrafında olan dəyərli insanlar, qazandığı etibar və yaşatdığı xatirələrdir.
Hər birinizə dərin ehtiramımı, sonsuz minnətdarlığımı bildirir, həyatınızda möhkəm can sağlığı, yeni uğurlar və gözəl günlər arzulayıram.
Var olun, dəyərli insanlar! Sizin varlığınız mənim üçün böyük mənəvi zənginlikdir.

Nəhayət ŞİRİNOVA
ADPU-nun Quba Filialı Heydər Əliyev Lektoriyasının müdiri.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.



















































Son xəbərlər

Neymarı distant futbolçu adlandırdı

ADPU-nun Quba filialında "MEHRAB DASTANI" adlı kitabın təqdimat mərasimi baş tutdu - FOTOLAR

Hindistanda qadın 5 ayda 3 dəfə evləndi

DÇ-2026: ABŞ millisi Avstraliyanı məğlub edib

Gəncədə 20 yaşlı qız dərmandan zəhərləndi

Azərbaycan donor ölkəyə çevrilib - BMT-dəki nümayəndəmiz

Bakıda küçənin ortasında kişini ürəyindən bıçaqlayıb öldürdülər

Polşa Ukrayna ilə bağlı şərt qoydu

Şamaxıda “Vətənimdir Azərbaycan!” layihəsi çərçivəsində milli geyimlərin sərgisi və konsert proqramı keçirilib

FƏRHAD ƏSGƏROV (RAMİZOĞLU) HİYLƏGƏR İNSAN TANINACAQ (Satirik qələmlə)

ABŞ - Avstraliya oyununda ikinci hissə başlayıb - YENİLƏNİR

“Ukrayna Rusiya ilə danışıqları yenidən bərpa edə bilər” - Zelenski

Övladlığa götürülən 11 yaşlı uşaq, 38 yaşlı dələduz çıxdı - Film kimi HƏYAT

Alimlər zədələnmiş ürəyi bərpa etməyin yeni yolunu tapıblar

Dünyanın ən yaxşı səhiyyəsi olan ölkələri - Onlar hansılardır?

Fon der Lyayen İsraili Livanın suverenliyinə hörmət etməyə çağırıb

"Avroviziya" qalibi Bakıya gəlməkdən imtina etdi

“Gənclərə mane olur, kənara çəkilsin” - Ronaldonu topa tutdu

35 yaşlı aktrisanın ölümünə meymun dişləməsi səbəb olub?

Evinizdən çiçək iyi gəlir, ciyərlərimiz "əldən gedir" - Ətirli spreylərin təhlükələri - ARAŞDIRMA

Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub

AYNA Qaradağ rayonuna yeni ekspres marşrutun açılışını elan edib

Suriya Almaniyanın hava əlaqəsinin bərpası barədə qərarını gözləyir

Ötən il əlaçı olan 513 şagird qəbul imtahanlarında 0-200 aralığında bal toplayıb

Azərbaycanda temperatur 7 dərəcə enəcək - XƏBƏRDARLIQ

İsrail ordusu Livanda "Hizbullah"a məxsus 80-dən çox hədəfə zərbə endirib

Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930