Elə deyirəm düşünməyim, öz-özümlə danışmayım. Alınmır. Gündəlik baş verən hadisələri sosial şəbəkələrdə izləyirəm. Məmur özbaşınalığı getdikcə çoxalır. Narazılıqlar və problemlər artır. Kimisi həkimdən, kimisi adi ustadan, kimisi bərbərdən, kimisi ticarətdən, kimisi savadsız kadrdan, kimisi hansısa məmurun fırıldaq əməlindən, kimisi işlədiyi müəssisənin rəhbərindən narazılıq edir. Bəzi məmurların isə öz vəzifə borclarına layiqincə əməl etmədiklərinə, işlədikləri vəzifədə saxtakarlıq etdiklərinə və digər əməllərinə görə sadə insanlar əziyyət çəkirlər.
Dünyanın hər bir ölkəsində əməlisaleh, humanist, yaşadığı ölkənin qanunlarını başının üstündə görən və qanunlara əməl edən insanlar var. Eləcə də, hiyləgər insanlar da çoxluq təşkil edir. Heç bir mövqe tutmayan, sadə peşə adamlarının içərisində hiyləgər insanlara rast gəlmək mümkündür. Təəssüflə qeyd etmək istəyirəm ki, kiçik və böyük çinli məmurların arasında da hiyləgər insanlar var. Bəs hiyləgər insan necə olur? Cavab: Hiyləgər insan yalan danışır. Hiyləgər insan öz məkrli düşüncələrini həyata keçirməyə çalışır. Hiyləgər insan kimisə şantaj edir. Hiyləgər insan yaltaq olur. Hiyləgər insan ara vurur. Hiyləgər insan üzə durur. Hiyləgər insan işlədiyi sahədə saxtakarlıq edir. Hiyləgər insan dediyi sözü danır. Hiyləgər qadın özünü istədiyi adamlara (ələlxüsus kişilərə) “sevdirməyi” bacarır. Hiyləgər insan qarşısındakı şəxsi aldatmağı yaxşı bacarır və nəticədə aldanan şəxs ya müvəqqəti, ya da ömürlük əzab çəkir. Hiyləgər insan abırsız, həyasız olur. Hiyləgər insan vəzifə pilləsində qalxmaq üçün, böyük vəzifədə çalışan məmur ilə “dost olmağı”, özünü ona sevdirməyi lazım bilir. Hiyləgər insan zəhmətsiz gəlirlə dolanmağın yolunu tapa bilir.

Ürəyi təmiz olan səmimi insanlar hiyləgərlərin əhatəsində əziyyət çəkirlər. Əvvəllər rastlaşmadığım, görmədiyim, eşitmədiyim elə faktlara rast gəlirəm ki, həm təəccüblənirəm, həm də təəssüflənirəm. Şəxsən mən jurnalistikada və pedaqoji sahədə işləyən zaman neçə-neçə hiyləgər qadın və kişi məmura rast gəlmişəm. Onların yarıtmaz işi və saxtakarlıqları barədə yazdığım tənqidi məqalələr müxtəlif qəzetlərdə dərc edilmişdir. Əgər onların törətdikləri əməlləri və bildiklərimi qələmə alsam, inanın, 500 səhifəlik kitaba sığmaz. Son illərdə gördüklərim və hətta başıma gələnlər də buna sübutdur...
...Son illərdə tənqidi məqalə yazanların sayı kəskin azalıb. Səbəbini deyim. Bu barədə bir neçə dəfə yazmışam. Yenə də təkrar yazıram. Belə ki, kadrların yerlərə düzgün təyin olunması o sahədə olan problemlərin həll olunmasında önəmli rol oynayır. Kadrlar vəzifəyə təyin olunanda onların ancaq ali təhsilli olmaları nəzərə alınmamalıdır. Məsul vəzifədə çalışan kadr ali təhsilli olması ilə bərabər, həm mədəni, həm tərbiyəli, həm öz işini, vəzifəsini yaxşı bilən, həm də rəhbərlik etdiyi kollektivdə hörməti olan bir şəxs olmalıdır. Bəzən isə kadrlar vəzifəyə təyin edilərkən bu amillər nəzərə alınmır. Nəticə isə işin ziyanına olur. Hətta bəzən elə hallara rast gəlinir ki, bu sahədə təcrübəsi olmayan bir şəxsi rəhbər vəzifəyə təyin edirlər. Məsul vəzifədə çalışan şəxs öz yerində olmadıqda, o sahədə saxtakarlıq da, rüşvətxorluq da, ədalətsizlik də yaranır. Kadr vəzifəyə təyin olunduqda tayfabazlıq, dostbazlıq, yerlibazlıq, və digər neqativ amillər nəzərə alınmamalıdır.
Uzun illər çalışdığım və təcrübə topladığım jurnalistika sahəsi ilə bir fikrimi bildirmək istərdim. Belə ki, 1983-cü ildən başlayaraq indiyədək fasiləsiz olaraq informasiya və məqalələr yazıram. Xeyli tərifəlayiq yazılarımla bərabər, yüzlərlə tənqidi məqalələrim də dərc edilib. Keçmiş ittifaqın dövründə əgər qəzetdə tənqidi məqalə dərc olunardısa, əlaqədar təşkilatlar tərəfindən tənqidi məqalədəki faktlara əməli tədbir görülərdi, yəni, hansısa məmur qanun pozuntusuna görə cəzalandırılardı. Respublikanın müstəqillik qazandıqdan sonrakı illərində isə tənqidi məqalələrə əlaqədar təşkilatlar tərəfindən reaksiya verilməsi xeyli zəifləmişdir. Nədənsə bəzən əlaqədar təşkilatlar nəyinsə xətrinə tənqidi məqalədəki fakta(lara) tədbir görmək istəmir. Bu isə tədbir görməli olan məmurun məsul bir kadr kimi öz yerində olmamasından xəbər verir...
Artıq məmurlar yaxşı bilirlər ki, tənqidi məqalələrdəki faktlar ya yoxlanılmır, əgər yoxlanılırsa da, obyektiv tədbir görülmür. Bundan istifadə edən bəzi hiyləgər qadın və kişi məmurları vəzifələrindən sui-istifadə edir, iş prosesində istədikləri qanunsuzluqlara, nöqsanlara yol verir və tabeçiliklərində olan işçiləri incidirlər. Düşünürəm ki, bu, müvəqqətidir və nə vaxtsa hər bir şəxs qanunlara əməl edəcək, işində saxtakarlığa yol verməyəcək. Bəlkə də nə vaxtsa bəzi məmurlar 10-15 il bundan əvvəlki işlərində yol verdikləri təkzibolunmaz faktlara görə məsuliyyətə cəlb olunacaqlar.
Mətləbdən uzaq düşməyək. “Hiyləgər insan tanınacaq” mövzusu ilə bağlı fikirlərimi bildirmək istəyirəm.
Düzgün əqidəli, qanunları başının üstündə görən, səmimi, ürəyi təmiz, humanist insanlar çox vaxt hiyləgərlərin “toruna” düşürlər. Bu onları qəlbən incidir. Və belə hiyləgərlərə cəza tədbiri yoxdur. Düşünürəm ki, neçə illərdən sonra, hansısa bir ölkədə hiyləgər insanı tanıdacaq aparat ixtira olunacaq və tədricən bu aparat bütün ölkələrə yayılacaq. Müxtəlif müəssisələrdə işləyən insanlar ildə bir dəfə tibbi müayinədən keçirlər. Eləcə də bütün insanlar hiyləgərliyi təyin edən aparatlar vasitəsilə də yoxlanılacaqlar. Və beləliklə, hiyləgər insan tanınacaq. Müəssisə rəhbərləri də hökmən bu aparat vasitəsilə yoxlanılacaqlar. Əgər belə olsa, hiyləgər insan qorxusundan təfəkküründə dəyişiklik edəcək. Əgər bunu bacarsa.
Əziz oxucu! Mənə inanın. Bu olacaq. Amma hələ gec. Özünüz düşünün: Hələ 100-150 il bundan əvvəl maşın, tozsoran, paltaryuyan maşın, elektrik dreli, qatar, təyyarə, müxtəlif mexanizm və aparatlar olmayıb. Tədricən yaradılıb, eləmi? 40 il bundan əvvəl düşünməzdik ki, neçə illərdən sonra mobil telefon, votsap, videokameradan istifadə edəcəyik. Eləmi? 20 il bundan əvvəl süni intellekt haqqında heç təsəvvürümüz də yox idi. Amma indi, süni intellekt haqqında məlumatımız var. Bu haqda çox söz deyə bilərəm, düşünürəm ki, kifayətdir. Sonda onu demək istəyirəm ki, neçə illərdən sonra, hiyləgər insanı tanıdacaq aparat da yaradılacaq. Bilirəm ki, ürəyi təmiz insanlar bu aparatın yaranmasına sevinəcəklər, hiyləgərlər üçün isə çox çətin olacaq...

Son xəbərlər

Alimlər zədələnmiş ürəyi bərpa etməyin yeni yolunu tapıblar

Dünyanın ən yaxşı səhiyyəsi olan ölkələri - Onlar hansılardır?

Fon der Lyayen İsraili Livanın suverenliyinə hörmət etməyə çağırıb

"Avroviziya" qalibi Bakıya gəlməkdən imtina etdi

“Gənclərə mane olur, kənara çəkilsin” - Ronaldonu topa tutdu

35 yaşlı aktrisanın ölümünə meymun dişləməsi səbəb olub?

Evinizdən çiçək iyi gəlir, ciyərlərimiz "əldən gedir" - Ətirli spreylərin təhlükələri - ARAŞDIRMA

Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub

FƏRHAD ƏSGƏROV (RAMİZOĞLU) HİYLƏGƏR İNSAN TANINACAQ (Satirik qələmlə)

AYNA Qaradağ rayonuna yeni ekspres marşrutun açılışını elan edib

Suriya Almaniyanın hava əlaqəsinin bərpası barədə qərarını gözləyir

Ötən il əlaçı olan 513 şagird qəbul imtahanlarında 0-200 aralığında bal toplayıb

Azərbaycanda temperatur 7 dərəcə enəcək - XƏBƏRDARLIQ

İsrail ordusu Livanda "Hizbullah"a məxsus 80-dən çox hədəfə zərbə endirib

Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilib

Bu şəxslərin vərəsələrinə müavinət veriləcək

Gökhan Özen onunla evlənir - Fotolar

Köç karvanı Xankəndi şəhərinə çatıb - YENİLƏNİB (FOTO)

Azərbaycanda sənədsiz evlər üçün amnistiya elan edilməsi təklif olunur

Sabah 39 dərəcə isti olacaq

Famil Xəlilovun qardaşı Stokholmda faciəvi şəkildə öldü - Foto

Türkiyə millisi növbəti matçına çıxır

Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib

Şamaxıda “Vətənimdir Azərbaycan!” layihəsi çərçivəsində milli geyimlərin sərgisi və konsert proqramı keçirilib

Pirat və ya kontrafakt mallardan dövlətin xeyrinə imtina oluna bilinəcək

Rusiya Qara dənizdə iki xarici gəmiyə dron zərbəsi endirib: ölən və yaralananlar var

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb

Həftəsonu 365 nəfər imtahan verəcək

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930