Dağlara qar yağdı,qəlblərə qübar - FOTO
Dağlara qar yağdı,qəlblərə qübar

Dağlara qar yağdı,qəlblərə qübar,
Ömrün payızıdır qışa var hələ...
Kimlərə qayğıdır, kimlərə nübar,
Amma yaşamağa həvəs var hələ!

Dağlara qar yağdı boz qayalar da,
büründü gəlin tək ağ libasına.
Dağlara qar yağdı o gur şəlalə,
Döndü qaya boyu buz salxımına...

Dırnağı ucunda Dağ təkəsinin,
Şahanə duruşu dağa yaraşıq!
Oğul istəyirəm şəklini çəksin,
Xırda ot qırpanda mamır qarışıq...

Ətrafa səs salıb axan dağ çayı,
Şaxtadan səsini çəkib içinə...
Ov iti yanında Hacımət dayı,
Şaxtanı, soyuğu almır vecinə!

Qarda ov axtaran Alabaş tula,
Dovşanın iziylə atılıb düşür.
Kol-koslar qar altda bax topa-topa,
Alabaş qəfildən kola dürtülür...

Dağlar qonaq sevər dağlılar kimi,
Niyyətin saf ola, qəlbin də açıq.
Bu yurda torpağa bağlılar kimi,
Qoynunda yer verər qapısı açıq!..

Dağlara qar yağdı...üşüdüm elə,
Canımdan min ilin ayazı keçdi!
Dağlara qar yağdı...sevindim elə,
Qəlbimdən uşaqlıq sevdası keçdi....

Dağlara qar yağdı, qəlblərə qübar,
Ömrün payızıdır qışı var hələ....
Kimisi yoxsuldur,kimisi kübar,
Taleyin hər kəsə payı var belə!...


Cümşüd Aydəmir,
Xudat 09.11.23

Dağlara qar yağdı,qəlblərə qübar - FOTO

Son xəbərlər

Fransızlar Makrondan üz döndərir - Fransada siyasi etimad böhranı - ŞƏRH

“The Pioneer”: Azərbaycan müxtəlif güc mərkəzləri ilə münasibətlərində strateji balans yaradır

Azərbaycan yeni mərmiatan dron istehsal edib

“Dövlət qulluğu sertifikatı"nın qüvvədə olma müddəti 5 ildən 2 ilə endirilir

Nurəddin Əhmədovun əziz xatirəsinə

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

Ukrayna ordusu Rusiyaya dron zərbəsi endirib, 12 nəfər yaralanıb

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanın vaxtı açıqlanıb

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanatı müzakirə edir

Milli Məclisə vəkillərin hüquqi müdafiəsinin gücləndirilməsi üçün qanunvericilik dəyişiklikləri tövsiyə edilib

Kuzbassda kömür mədənində yanğın səbəbindən 300-dən çox insan təxliyə edilib

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

Cəlilabadda salatdan zəhərlənmə - 10 nəfər xəstəxanalıq oldu

ZƏKASI, ZƏRİFLİYİ VƏ MÜƏLLİM ŞƏXSİYYƏTİ İLƏ İNSANLARIN QƏLBİNDƏ İZ QOYAN DƏYƏRLİ ZİYALIMIZ — KÖNÜL QOCAYEVA

Rauf İLYASOĞLU : SÖZÜN, SƏNƏTİN VƏ ÖMRÜN İŞIĞINDA - FOTO

Azərbaycan ərazisindən İrana qarşı istifadə olunması şayiələri təkzib edildi

ChatGPT-dən hər həftə 1,2 milyarddan çox insan istifadə edir - OpenAİ

Sevil Gül Nur : Çəkib çıxarasan dərdin ciyərin - FOTO

Tennisçimiz ilk dəfə ATP reytinqinə daxil oldu

7 ölkə vətəndaşlarını İranı tərk etməyə çağırdı

Tramp "super zəkalar"ı bir araya topladı - FOTO

Azərbaycanda bu maşın nömrələrinin qiymətinə ev almaq olar - FOTO

“Açığı, gəzə bilmirəm...” - Abid Şərifov

Bu serialın finalı təxirə salındı

“Xarıbülbül” “Route du Vin” marafonunda

Daşqınlar 23 nəfərin həyatına son qoydu

Leyla Əliyeva Vatikandan paylaşım etdi

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930