Həkim-şair Zakir Ağdamlının 80 illik yubileyi və “Turan sevdalı şair ” kitabının təqdimatı keçirildi

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında tanınmış həkim, şair və ziyalı Zakir Ağdamlının anadan olmasının 80 illik yubileyi və yeni “Turan sevdalı şair ” kitabının təqdimat mərasimi keçirilib.
Ədəbi-bədii tədbirə müxtəlif elm, səhiyyə, ədəbiyyat və mədəniyyət xadimləri, şair və yazıçılar, ziyalılar, dostlar və sənətsevərlər qatılıblar.
Tədbiri həkim-professor İbadulla müəllim açaraq iştirakçıları salamlayıb. O, ilk olaraq Vətən uğrunda canından keçmiş bütün şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif edib. Şəhidlərimizin müqəddəs xatirəsi ehtiramla anılıb.
Daha sonra Zakir Ağdamlının həyat və yaradıcılığından, onun həkimlik fəaliyyəti ilə yanaşı, poeziyaya bağlılığından, uzun illər ərzində sözə və sənətə xidmətindən danışılıb.


Tədbirdə çıxış edən əməkdar həkim, tibb üzrə fəlsəfə doktoru, dosent Taryel Eyvazov Zakir Ağdamlı ilə bağlı xatirələrini bölüşüb. O, Zakir müəllimlə universitet illərində birlikdə oxuduqlarını, tələbəlik dövründə eyni yataqxanada qaldıqlarını və sonralar uzun illər Ağdam şəhər səhiyyəsində birgə çalışdıqlarını diqqətə çatdırıb.
Taryel Eyvazov Zakir Ağdamlının yalnız peşəkar həkim deyil, həm də yüksək insani keyfiyyətlərə malik, dostluğa və sədaqətə böyük qiymət verən, insanlara qayğı ilə yanaşan ziyalı olduğunu vurğulayıb. Onun söylədiyi xatirələr tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Çıxışlarda xüsusilə qeyd olunub ki, Zakir Ağdamlının ömrünün böyük bir hissəsi insanlara xidmətə, həkimlik peşəsinə və söz sənətinə həsr olunub. Onun yaradıcılığında Vətən, torpaq, insan, milli-mənəvi dəyərlər, Türk dünyası və Turan ideyası mühüm yer tutur. “Turan sevdalı şair" kitabının adı da şairin bu düşüncə və məfkurəsinin poetik ifadəsi kimi diqqəti cəlb edir.
Tədbirdə tanınmış nəğməkar şair Yusif Nəğməkar çıxış edərək yubilyarın yaradıcılığı və şəxsiyyəti barədə fikirlərini bildirib, onun poeziyasının özünəməxsus cəhətlərindən söz açıb.

Telejurnalist, hazırda Şuşa rayonunda səmərəli fəaliyyət göstərən Fəxrəddin Hacıbəyli də çıxışında Zakir Ağdamlını yaxından tanıyan bir ziyalı kimi onun haqqında xoş sözlərini bölüşüb, yubilyara möhkəm cansağlığı və yaradıcılıq uğurları arzulayıb.
Tədbirdə akademik Sudeyif həkim, Aşıq Ələsgər Mədəniyyət Ocağının rəhbəri Xətai müəllim, Fred Asif fondunun rəhbəri qazi Hacı Ədalət Məhərrəmov , QHT rəhbəri , yazıcı- jurnalist Təhmasib Novruzov, şairlərdən Vahid Çəmənli, Şükür Şuşalı ," Həkəri" qəzetinin baş redaktoru,şair- publisist Rauf İlyas oğlu və digər ziyalılar da çıxış edərək yubilyarı 80 illik ömrünün əlamətdar mərhələsi münasibətilə təbrik ediblər.
Jurnalist, Ağdam rayon icra hakimiyyətinin nümayəndəsi Akif İsa oğlu Hüseynli Ağdam rayon icra hakimiyyəti başçısı Vaqif müəllimin salamını Yubilyara çatdırdı və ürək sözlərini bildirərək Zakir Ağdamlını təbrik etdi

Çıxış edənlər Zakir Ağdamlının şəxsiyyətində həkimlik peşəsi ilə şairlik istedadının vəhdət təşkil etdiyini bildiriblər. Onun ömür yolu Ağdamın, Qarabağın səhiyyə və ictimai həyatının müəyyən bir dövrü ilə sıx bağlıdır. Bu baxımdan yubilyarın xatirələri yalnız bir insanın həyat tarixçəsi deyil, bütöv bir nəslin keçdiyi yolun canlı səhifələri kimi də qiymətləndirilib.
“Turan sevdalı şair ” kitabının təqdimatı mərasimin əsas məqamlarından biri olub. Kitabın iştirakçılara təqdim edilməsi ilə oxuculara şairin yeni yaradıcılıq nümunələri ilə tanış olmaq imkanı yaradılıb.
Tədbir səmimi və xoş ovqatda davam edib. Yubilyarın dostları, həmkarları və sənət adamları onunla bağlı xatirələrini bölüşüb, şeirlər səsləndirib, 80 illik yubiley münasibətilə ürək sözlərini çatdırıblar.
Sonda Zakir Ağdamlı tədbir iştirakçılarına təşəkkürünü bildirdi və “Turan sevdalı şair ” kitabı hır kəsə təqdim olundu , xatirə şəkli çəkdirildi .
Belə tədbirlər yalnız bir şairin yubileyini qeyd etmək baxımından deyil, həm də sözə, sənətə, elmə, həkimlik peşəsinə və insan ömrünün mənalı səhifələrinə verilən qiymət baxımından əhəmiyyətlidir.
80 yaş — bir ömrün zirvəsidir.

Bu zirvədən geriyə baxanda Zakir Ağdamlının həyatında həkimlik fəaliyyəti, şeirə bağlılıq, dostluq, Ağdam sevgisi, Vətən duyğusu və insanlara xidmət kimi dəyərlərin mühüm yer tutduğu görünür.
Arzu edirik ki, Zakir Ağdamlı bundan sonra da qələmi ilə sözə, şeiri ilə sənətə, həkimlik fəaliyyəti ilə insanlara xidmət etsin, yaradıcılıq yolu yeni əsərlərlə davam etsin.
80 illik yubileyiniz mübarək, əziz Zakir müəllim!

Son xəbərlər

Cəlilabadda salatdan zəhərlənmə - 10 nəfər xəstəxanalıq oldu

ZƏKASI, ZƏRİFLİYİ VƏ MÜƏLLİM ŞƏXSİYYƏTİ İLƏ İNSANLARIN QƏLBİNDƏ İZ QOYAN DƏYƏRLİ ZİYALIMIZ — KÖNÜL QOCAYEVA

Rauf İLYASOĞLU : SÖZÜN, SƏNƏTİN VƏ ÖMRÜN İŞIĞINDA - FOTO

Azərbaycan ərazisindən İrana qarşı istifadə olunması şayiələri təkzib edildi

ChatGPT-dən hər həftə 1,2 milyarddan çox insan istifadə edir - OpenAİ

Sevil Gül Nur : Çəkib çıxarasan dərdin ciyərin - FOTO

Tennisçimiz ilk dəfə ATP reytinqinə daxil oldu

7 ölkə vətəndaşlarını İranı tərk etməyə çağırdı

Tramp "super zəkalar"ı bir araya topladı - FOTO

Azərbaycanda bu maşın nömrələrinin qiymətinə ev almaq olar - FOTO

“Açığı, gəzə bilmirəm...” - Abid Şərifov

Bu serialın finalı təxirə salındı

“Xarıbülbül” “Route du Vin” marafonunda

Daşqınlar 23 nəfərin həyatına son qoydu

Leyla Əliyeva Vatikandan paylaşım etdi

Leyla Əliyeva Kardinal Kuvakadla birgə proqramlardan danışdı - Fotolar

“Ana, atam atəş açır, bizi öldürəcək...” - Həmin dəhşətli gecədən danışdı

Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib

Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

Azərbaycanın səfiri etimadnaməsini İtaliya Prezidentinə təqdim edib

UEFA Çempionlar Liqası: "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq

Rusiya ilə Ermənistan yeni atom enerji bloklarının yaradılmasını müzakirə edib

İlham Əliyev Məsud Pezeşkiana zəng edib

FIFA prezidenti İlham Əliyevə üzərində soyadı yazılmış forma və top hədiyyə edib

Qazimiz vəfat etdi - FOTO

Son 200 ildə edam edilən ilk qadın olacaq - 18 yaşında qətl törətmişdi

KTMT təlimləri Ermənistansız keçirilir: İrəvanın Moskvadan uzaqlaşma strategiyası - ŞƏRH

ŞƏHİD QANI İLƏ YOĞRULAN TORPAQ

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930