Xəbərlər
30.09.2026, 00:16
Sevil Gül Nur : Çəkib çıxarasan dərdin ciyərin - FOTO

Çəkib çıxarasan dərdin ciyərin,
Yaxın gəlməz onda dərd sənə bəlkə.
Vurub sındırasan dizlərini də,
Dizi yerə gələ, qarşında çökə.
Durub yerdən baxa həsrətlə sənə,
Sarılmaq istəsə, əli yetməyə.
Onu ayrılığa qonaq edəsən,
Dadı damağından daha getməyə.
Dərdin acığına dərd çəkməyəsən,
Yaxıb-yandırasan canını onun.
Azacıq al rəngə çalmaq istəsə,
Yenə qaraldasan qanını onun.
Önündən qaçmayıb mətin durasan,
Cürətlə baxasan gözünə dərdin.
Ona gülə-gülə bir od vurasan,
Dərdi çəkdirəsən özünə dərdin.
Yığasan dərdini ovuclarına,
Sıxasan, əzəsən, yox eləyəsən.
Sonra da açasan ovuclarını,
Havaya üfürüb "oxx" eləyəsən...
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


