
Xəbərlər
29.09.2026, 16:57
Azərbaycanın səfiri etimadnaməsini İtaliya Prezidentinə təqdim edib

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli etimadnaməsini ölkə Prezidenti Sercio Mattarellaya təqdim edib.
Bu barədə Azərbaycanın İtaliyadakı səfirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
"Sentyabrın 28-də Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli etimadnaməsini İtaliya Prezidenti Sercio Mattarellaya təqdim etmək şərəfinə nail olub və rəsmən Azərbaycanın İtaliyadakı səfiri vəzifələrinin icrasına başlayıb", - məlumatda qeyd olunub.
Mərasim Romadakı Kvirinal sarayında keçirilib. Etimadnamənin təqdim olunmasından sonra ikitərəfli görüş baş tutub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay
