Xəbərlər
29.09.2026, 04:45
Qızıl medalçılarımız Vətənə qayıtdı
İtaliyanın Pezaro şəhərində akrobatika gimnastikası üzrə dünya çempionatında uğurla çıxış edən Azərbaycan gimnastları Vətənə qayıdıblar.
"Turaztv.az" "Unikal" -a istinadən xəbər verir ki, idmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri, media mənsubları, gimnastların yaxınları və azarkeşlər qarşılayıblar.
Xatırladaq ki, qadın qrupunun üzvləri — Anahita Başiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva temp hərəkətləri proqramında 28.580 xal toplayaraq dünya çempionu olublar.
Murad Rəfiyev və Daniel Abbasovdan ibarət kişi cütlüyü isə balans hərəkətləri proqramında 28.950 xalla fəxri kürsünün 3-cü pilləsinə qalxıb və bürünc medal qazanıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

