Xəbərlər
29.09.2026, 04:27
3 milyon borca görə təyyarə saxlanıldı - Sərnişinlər düşürüldü
İranın “Caspian Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi borca görə İstanbul hava limanında uçuşdan əvvəl saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, EP-KPB qeydiyyat nömrəli “Boeing” təyyarəsi İrana uçuşa hazırlaşarkən sərnişinləri qəbul edib.
Lakin təyyarənin təxminən 3 milyon avro borcu olduğu bildirildiyindən uçuşuna icazə verilməyib.
Təyyarə saxlanıldıqdan sonra sərnişinlər və kabin heyəti təyyarədən çıxarılaraq terminala aparılıb.
Məlumata görə, kreditor şirkətin vəkilləri və məhkəmə icraçıları qərarın icrası üçün İstanbul hava limanına gəliblər.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

