Turaztv.az » Xəbərlər » Atlaz Rzayi : Sən hələ bilmirsən - FOTO
Xəbərlər

Atlaz Rzayi : Sən hələ bilmirsən - FOTO

29.09.2026, 04:21 3
Atlaz Rzayi  : Sən hələ bilmirsən - FOTO
Sən hələ bilmirsən yoxluğumun da
Acı zəhər kimi dadı olacaq.
İndi isti yerdə yuxun şirindir,
Bir gün yuxuların odun olacaq.

Xəbərsiz gəzirsən öz taleyindən,
Bilmirsən gözünü göz yaşım tutar.
Üç fəsli mən sənə yol eləmişəm,
Mənə saxladığın son qışım tutar.

Keyiyər əllərin ürəyinədək,
Bir ümid tapılmaz keçib gedəsən.
Sənin axtardığın ölüm də gəlməz,
Qurtarıb canını köçüb gedəsən.

Sən hələ bilmirsən, gözlə beləcə,
Özün görəcəksən gedənlərini,
Özün görəcəksən qalanlarını.
Özün görəcəksən mənim yerimi.

Oxşar xəbərlər