Hollivud ulduzu Ancelina Coli Los-Ancelesin Los-Feliz bölgəsində yerləşən tarixi malikanəsini 24,75 milyon dollara satıb.

"Turaqztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, aktrisanın uşaqları böyüdükdən sonra Los-Ancelesdən ayrılaraq həyatının daha böyük hissəsini xaricdə keçirməyə hazırlaşdığı bildirilir.

Coli təxminən 9 il yaşadığı 11 min kvadrat fut, yəni təxminən 1020 kvadratmetr sahəsi olan malikanəni may ayında 29,85 milyon dollara satışa çıxarmışdı. Təxminən dörd ay davam edən satış prosesindən sonra mülk 24,75 milyon dollara alıcı tapıb.

Aktrisa evi 2017-ci ildə, Bred Pittdən ayrıldıqdan qısa müddət sonra 24,5 milyon dollara almışdı.

Təxminən 2 akr (təxminən 0,81 hektar) ərazidə yerləşən tarixi mülkdə altı yataq otağı və 10 vanna otağı ilə yanaşı, kitabxana, idman zalı, şərab zirzəmisi, qonaq evi, bilyard otağı və çay evi də var.

Malikanənin Hollivud tarixində də xüsusi yeri olduğu bildirilir. Mülk vaxtilə əfsanəvi rejissor Sesil B. DeMillə məxsus olub. Məlumata görə, aktyor və rejissor Çarli Çaplin qonşu evdə yaşayıb. DeMill daha sonra iki tikilini birləşdirib.

Ancelina Coli daha əvvəl ən kiçik övladı 18 yaşına çatdıqdan sonra Los-Ancelesdən ayrılmaq istədiyini bildirmişdi. Əkizləri Noks və Vivyenin bu yay 18 yaşına çatmasından sonra malikanənin satılması onun bu planını yenidən gündəmə gətirib.

Aktrisanın qarşıdakı dövrdə uşaqlarını ziyarət etməyə, beynəlxalq fəaliyyətlərinə daha çox vaxt ayırmağa və Kambocadakı evində daha uzun müddət qalmağa hazırlaşdığı bildirilir.

Son xəbərlər

Bu ilin 8 ayında əlilliyi olan 9 min şəxsə 376 min reabilitasiya vasitəsi verilib

Onlar da Türkiyəni tərk edir

Ancelina Coli tarixi malikanəsini satdı

Pakistanda məktəbliləri daşıyan avtobus yanıb, 11 uşaq xəsarət alıb

Bəzi uşaqlar niyə riyaziyyat dərsində uğursuz olur? Elmin cavabı

Türkiyədə yanlışlıq: Pasiyentin sağ qulağı əvəzinə sol qulağı əməliyyat edildi

SAFER-AZ layihəsi başlanılıb - FOTOLAR

Azərbaycan nefti ucuzlaşıb

Günün qoroskopu: ​Heç kəsə görə özünüzü dəyişməyin

Qızıl medalçılarımız Vətənə qayıtdı

Bakıda məmur arvadını döydü - Şok səbəb

“Tezliklə benzin qiymətləri düşəcək”

17 il əvvəl öldürülmüşdü - 36 nəfər həbs edildi

3 milyon borca görə təyyarə saxlanıldı - Sərnişinlər düşürüldü

Atlaz Rzayi : Sən hələ bilmirsən - FOTO

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTOLAR

Türkiyə yığması uduzdu

Rusiyadakı partlayışda ölənlərin sayı artdı - Yenilənib

Valideynlərin bu sözləri uşağın özünəinamını sarsıdır - Psixoloq xəbərdarlıq etdi

Papa Rusiya və Ukraynanı danışıqlar masası arxasına oturmağa çağırıb

Yeni təyin olunan icra başçısı onun müavini imiş

Yeni icra başçısı Harvard məzunudur

ABŞ dörd ölkənin rəsmilərinə viza qadağası qoydu

Aslı Enverin ərinə bu ölkədə vəzifə verildi - Türkiyədən köçürlər

TOFİQ KİŞİ : (İsmayıllı şəhidi Mayılın atasını dərdli, qəmli, amma məğrur gördüm...)

AYƏTXAN ZİYAD - 75

AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930