Xəbərlər
30.09.2026, 01:28
Cəlilabadda salatdan zəhərlənmə - 10 nəfər xəstəxanalıq oldu
Cəlilabad rayonunda zəhərlənmə olub.
“Qafqazinfo” xəbər verir ki, bir qrup rayon sakini zəhərlənmə diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İlkin olaraq onların sayının 10 nəfər, aralarında uşaqların da olduğu deyilir.
Belə ki, Biləsuvar rayonunda əsgər yola salma qonaqlığında iştirak edən ailə evə qayıtdıqdan sonra özlərini narahat hiss ediblər.
Onların qonaqlıqda yedikləri paytaxt salatından zəhərləndikləri ehtimal olunur.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


