Turaztv.az » Xəbərlər » Fon der Lyayen İsraili Livanın suverenliyinə hörmət etməyə çağırıb
Xəbərlər

Fon der Lyayen İsraili Livanın suverenliyinə hörmət etməyə çağırıb

19.06.2026, 23:16 98
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen İsraili Livanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməyə çağırıb.

Turaztv.az APA-ya istinadən xəbər verir ki, o, bu barədə Aİ sammitinin yekun mətbuat konfransında danışıb.

“Livanda baş verənlər Avropa İttifaqında dərin narahatlıq doğurur. İsrailin Livanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməsi vacibdir”, – deyə Fon der Lyayen bildirib.

O, çıxışında və jurnalistlərin suallarını cavablandırarkən Aİ sammitində İsrailə və ya onun hökumət üzvlərinə qarşı sanksiyaların müzakirə olunub-olunmadığı barədə məlumat verməyib.

Qeyd edək ki, son dövrlərdə Avropa İttifaqının bəzi ölkələrində İsrailə qarşı sanksiyaların tətbiqi ilə bağlı çağırışlar səsləndirilir.

Oxşar xəbərlər