Xəbərlər
4.06.2026, 08:41
ADİL CƏFAKEŞ : TƏKLƏNİBDİ - FOTO
Qarşımdakı kağız da,
Mizim də təklənibdi.
Özüm də təklənmişəm,
Sözüm də təklənibdi.
Tək qalıb göydə hətta,
Ruhum yeddinci qatda.
Öləziyib kül altda,
Közüm də təklənibdi.
Haya gələn adıma,
Hələ düşmür yadıma.
Yetə bilmir dadıma
Dözüm də təklənibdi.
Hey mənə göz dururlar,
Yazıram pozdururlar.
Yalana yozdururlar,
Düzüm də təklənibdi.
Cəfakeşəm, ay ana
Ağrı verir dərd cana.
Yarıyoldan bu yana
İzim də təklənibdi.
Mizim də təklənibdi.
Özüm də təklənmişəm,
Sözüm də təklənibdi.
Tək qalıb göydə hətta,
Ruhum yeddinci qatda.
Öləziyib kül altda,
Közüm də təklənibdi.
Haya gələn adıma,
Hələ düşmür yadıma.
Yetə bilmir dadıma
Dözüm də təklənibdi.
Hey mənə göz dururlar,
Yazıram pozdururlar.
Yalana yozdururlar,
Düzüm də təklənibdi.
Cəfakeşəm, ay ana
Ağrı verir dərd cana.
Yarıyoldan bu yana
İzim də təklənibdi.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









