ƏZİZ MÜƏLLİMLƏR, PEŞƏ BAYRAMINIZ MÜBARƏK! ALLAHDAN SİZLƏRƏ BU MÜQƏDDƏS İŞİNİZDƏ MÖHKƏM CAN SAĞLIĞI, SƏBR-TƏMKİN, BOL-BOL UĞURLAR ARZULAYIRAM.


MƏKTƏB YOLLARI


Yandırdı, odladı ayaqlarımı,
Qaynar izlərimlə məktəb yolları.
Aldım o illərdən soraqlarını,
Mənə intizarmış onun qolları.

Düz otuz üç ildir dəymir ayağım,
Necə qəribsəyib bu yollar mənə...
Bu yollar olmuşdur on il dayağım,
Bəs indi nə üçün yandırır belə?

İndi də görürəm qığılcımları,
Ay aman, nə qədər izlərim varmış!
Ləpirlər beləcə qalaydı barı,
Beləcə neçə yay, belə neçə qış...

İzimə baxıram, yola baxıram...
İzim də həmənki, yolum da həmən.
Şimşək tək gurlayıb, elə çaxıram,
Bəs hanı gördüyüm o çən, o çəmən?

Ah, nələr danışır, ah, deyir nələr,
Sinəmi yandıran od xatirələr!...
Kövrəldir qəlbimi quzu tək mələr,
Keçmişi andıran od xatirələr.

Alışdım alovsuz, yandım alovsuz,
Getdi əlimdən o gənclik çağları.
Uşaqlıq hissiylə gəzərdim xofsuz,
Xəzana dönmüş o yaşıl bağları.

Ah, o xatirələr, o xatirələr,
Kaş daim sizlərdən ilham alaydım.
Bir də açılaydı o səhifələr,
Mən də o çağımda, körpə olaydım.

Son xəbərlər

Bəzi ərazilərdə işıq kəsiləcək

ƏZİZƏ AĞAHÜSEYNQIZI : MƏKTƏB YOLLARI - FOTO

Makronunun xanımına kişi deyən jurnalist məhkəməni qazandı

İspaniyada uğurlu nəticə qazanan Azərbaycan gimnastları Vətənə qayıdıblar - FOTOLAR

Bu gündən Bakıdakı xətlərə rekord sayda avtobus buraxılacaq

Bu gün Bilik Günüdür

Çağla Boz ev dustağı olacaq

QIZBƏS QƏBƏLƏ : OXU,ELNARƏ - ANA MUĞAMI - FOTO

Elxas Comərd : DANIŞIR - FOTO

Məşhur amerikalı modelyer vəfat etdi

Bakının işğaldan azad edilməsindən 108 il ötür

Məlahət Behbudqızı : Sən olan yeri - FOTO

Türkiyədə daha bir əməliyyat keçirildi - 1600-dən çox adam saxlanıldı

Zabitə Alıyevanın toyudur - Fotolar

BƏXTİYAR ƏMİRASLANOV – MƏZARSIZ QƏHRƏMANIN ŞƏRƏFLİ ÖMÜR YOLU

Hacıməmməd Məmmədov : Tərifdən uca duran insan - Sərkar Mərdanov-73

Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama

Ayda nəhəng yaşayış məntəqəsi qurulacaq: Evlər belə olacaq

Süni intellektin böyük təhlükəsi: 10 il ərzində insanlıq məhv ola bilər

Azərbaycanda əməyin təhlükəsizliyi üzrə yeni dövət standartları qəbul edildi

Bir neçə gün yatmamaq ölümə səbəb ola bilər - Həkimdən dəhşətli xəbərdarlıq

Bir bahar gecəsi.

BİR GÖZƏL İNSAN DA BU DÜNYADAN KÖÇDÜ...

Sizi sevən bütün ürəklərin sevgisi daim Sizinlə olsun - FOTO

Tələbəlik illərindən başlayan ömür yolu

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

Almaniyada təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930