Xəbərlər
15.09.2026, 01:01
İspaniyada uğurlu nəticə qazanan Azərbaycan gimnastları Vətənə qayıdıblar - FOTOLAR
İspaniyanın Pamplona şəhərində keçirilən aerobika gimnastikası üzrə dünya çempionatında uğurla çıxış edən Azərbaycan idmançıları Vətənə qayıdıblar.
Turaztv.az AZƏRTAC -a istinadən xəbər verir ki, idmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda yaxınları, federasiya və media nümayəndələri qarşılayıblar.
Ölkəmizi qarışıq cütlük proqramında təmsil edən Mədinə Mustafayeva və Vladimir Dolmatov final mərhələsində inamlı çıxış nümayiş etdirərək cəmi 0,1 xal fərqlə gümüş medalın sahibi olublar.
Avropa çempionu olan cütlüyümüz təsnifat mərhələsində 19.050 xal toplayaraq finala yüksəlib. Finaldakı çıxışlarının nəticəsinə əsasən gimnastlarımız fəxri kürsünün ikinci pilləsində qərarlaşıblar.
Dünyanın ən güclü aerobika gimnastlarını bir araya gətirən mötəbər yarışda 38 ölkədən 350-dən çox gimnast mübarizə aparıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay