Bu gündən paytaxtda marşrut xətlərinə cəlb edilən avtobusların sayı rekord həddə – 2530-a çatdırılır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, bu, son illərin ən yüksək göstəricisidir. Belə ki, 2022-ci ilin sentyabrında Bakı şəhərində sərnişindaşıma üçün 1780 avtobus istismar olunub. Bu rəqəm 2023-cü ildə 2011-ə, 2024-cü ildə 2180-ə, 2025-ci ildə isə 2340-ə yüksəlib. Beləliklə, cəmi 5 il ərzində paytaxtda xətlərə cəlb olunan avtobusların sayı 750 ədəd və ya 42% artırılıb.

Bu il isə ilk dəfə olaraq Bakı marşrutlarında eyni vaxtda 2530 avtobusun istismarı təmin edilir. Ötən illə müqayisədə bu, 200-ə yaxın avtobus artım deməkdir.

Avtobus sayındakı artım xüsusilə sərnişin tələbatının yüksəldiyi tədris mövsümü ərəfəsində əhəmiyyətlidir. Bununla yanaşı, metro xətlərinin ayrılması layihəsi çərçivəsində son bir ay ərzində 8 ekspres təşkil olunub və 28 müntəzəm xətt gücləndirilib.

Avtobus parkının həm say, həm də keyfiyyət baxımından yenilənməsi istiqamətində işlər ilin sonuna qədər də davam etdiriləcək. Bu il 29 sayda xətdə isə avtobuslar daha yeni və müasir avtobuslarla əvəz edilib. Qeyd edilib ki, bu il özəl və dövlət müəssisələri tərəfindən 308 sayda avtobus gətirilib. Avtobusların artırılması davam etdirilir.

Son xəbərlər

Bəzi ərazilərdə işıq kəsiləcək

ƏZİZƏ AĞAHÜSEYNQIZI : MƏKTƏB YOLLARI - FOTO

Makronunun xanımına kişi deyən jurnalist məhkəməni qazandı

İspaniyada uğurlu nəticə qazanan Azərbaycan gimnastları Vətənə qayıdıblar - FOTOLAR

Bu gündən Bakıdakı xətlərə rekord sayda avtobus buraxılacaq

Bu gün Bilik Günüdür

Çağla Boz ev dustağı olacaq

QIZBƏS QƏBƏLƏ : OXU,ELNARƏ - ANA MUĞAMI - FOTO

Elxas Comərd : DANIŞIR - FOTO

Məşhur amerikalı modelyer vəfat etdi

Bakının işğaldan azad edilməsindən 108 il ötür

Məlahət Behbudqızı : Sən olan yeri - FOTO

Türkiyədə daha bir əməliyyat keçirildi - 1600-dən çox adam saxlanıldı

Zabitə Alıyevanın toyudur - Fotolar

BƏXTİYAR ƏMİRASLANOV – MƏZARSIZ QƏHRƏMANIN ŞƏRƏFLİ ÖMÜR YOLU

Hacıməmməd Məmmədov : Tərifdən uca duran insan - Sərkar Mərdanov-73

Qızların məktəbdə sırğa taxması qadağan edilir? - Rəsmi açıqlama

Ayda nəhəng yaşayış məntəqəsi qurulacaq: Evlər belə olacaq

Süni intellektin böyük təhlükəsi: 10 il ərzində insanlıq məhv ola bilər

Azərbaycanda əməyin təhlükəsizliyi üzrə yeni dövət standartları qəbul edildi

Bir neçə gün yatmamaq ölümə səbəb ola bilər - Həkimdən dəhşətli xəbərdarlıq

Bir bahar gecəsi.

BİR GÖZƏL İNSAN DA BU DÜNYADAN KÖÇDÜ...

Sizi sevən bütün ürəklərin sevgisi daim Sizinlə olsun - FOTO

Tələbəlik illərindən başlayan ömür yolu

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

Sabahdan Bakıda dövlət qurumlarında iş rejimi dəyişir

Almaniyada təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930