Turaztv.az » Xəbərlər » ƏZİZƏ AĞAHÜSEYNQIZI : MƏKTƏB YOLLARI - FOTO
Xəbərlər

ƏZİZƏ AĞAHÜSEYNQIZI : MƏKTƏB YOLLARI - FOTO

15.09.2026, 01:19 5
ƏZİZƏ AĞAHÜSEYNQIZI : MƏKTƏB YOLLARI - FOTO
Xatirələrlə dolu,
Bu yol məktəb yoludur.
Keçəndə kövrəlirəm,
Müqəddəsdir, uludur,
Bu yol məktəb yoludur.

Bu yollarda keçibdi,
Uşaqlığım, gəncliyim.
Qayğılarla yoğrulub,
Olmayıb ki, dincliyim.

Ömür ötüb keçsə də,
Unudulmur o illər.
Adı dilə gələndə,
Sızıldayır könüllər.

Bir ömür unutmadım,
İlk dərsin həyəcanın.
İndi ilk zəng çalınır,
Bir dəqiqə dayanın!

Deyin, hanı o uşaq?
Gəlib dursun cərgədə.
Bir azdan-Vətən sözün,
Yazar müəllim lövhədə.

Yaz, əlinə qurbanam,
Tut əlimdən müəllim.
Ana sözün yaz mənə.
Təbaşir bulaşıqlı
Həsrətəm o kəlmənə.

Budur, ilk zəng çalınır,
Baxıb gözlərim dolar.
Deyirəm ki, dünyada,
Ömürlərin son zəngi,
Çalınmasın nə olar!


15.09.2026
Nəvəm Məhəmmədi 5 - ci sinifə qədəm qoyması münasibətilə təbrik edir, sinif yoldaşlarına, müəllimlərinə can sağlığı, təhsil uğurları arzulayıram..


Oxşar xəbərlər