Şirvanda Zərifə Əliyevanın anadan olmasının 99 illiyinə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib
Şirvan Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatının, Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə Şirvan Diaqnostika Mərkəzində görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99 illiyinə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransdan öncə gözəl ana, qayğıkeş həyat yoldaşı, fitri istedada malik həkim, istedadlı alim Zərifə xanım Əliyevanın mənalı ömür yoluna həsr edilmiş sərgi açılıb. Daha sonra Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsini 1 dəqiqəlik sükut və ehtiramla yad edilib.

Konfransı giriş sözü ilə açan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva çıxış edərək Azərbaycan xalqının görkəmli simalarından olan Zərifə xanım Əliyevanın ölkə səhiyyəsinin inkişafında gördüyü işlərdən, eləcə də onun insani keyfiyyətlərindən danışıb. Zərifə xanımın alim kimi qazandığı böyük uğurların Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil etdiyindən, elmi fəaliyyətinin çox zəngin və əhatəli olduğundan söz açıb. Onun keçdiyi şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu söyləyib.

Sonra Şəhər Diaqnostika Mərkəzinin həkim-oftalmoloqu Günel Sayılova çıxış edərək Zərifə Əliyevanın oftalmologiya elminin inkişafı naminə apardığı tədqiqat işlərinin verdiyi bəhrələrdən danışıb. Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələrinin Zərifə xanım Əliyevanın doktorluq dissertasiyasının əsasını təşkil etdiyini, onun səyləri nəticəsində ilk dəfə görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyasının yaradıldığını, yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf etdiyini diqqətə çatdırıb.

Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatının sədri Zahir Qəhrəmanov çıxış edərək bildirib ki, Zərifə xanım həmişə sadə insanların əhatəsində olub, onlara kömək göstərmək arzuları, amalları ilə yaşayan əsl ziyalı idi, Azərbaycan xanımına xas olan bütün müsbət keyfiyyətləri özündə birləşdirirdi, onları təcəssüm etdirirdi.

Konfransın sonunda akademik Zərifə xanım Əliyevanın ömür yoluna həsr olunmuş “Zirvələrə yüksələn zərif insan ömrü” filmi nümayiş olunub.
Şirvanda Zərifə Əliyevanın anadan olmasının 99 illiyinə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib
Şirvanda Zərifə Əliyevanın anadan olmasının 99 illiyinə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib
Şirvanda Zərifə Əliyevanın anadan olmasının 99 illiyinə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib
Şirvanda Zərifə Əliyevanın anadan olmasının 99 illiyinə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib
Şirvanda Zərifə Əliyevanın anadan olmasının 99 illiyinə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib

Son xəbərlər

İran XİN: Region ölkələri ilə düşmənçilik siyasəti aparmırıq

ABŞ viza girovunu 20 min dollara qədər artırıb

Raqif Nazimoğlu : Süni intellekt oğruları - FOTO

Əraqçi Asim Munir və Hakan Fidanla regiondakı vəziyyəti müzakirə edib

“9 ildir ki, Bakıda, ata evimdə yaşayıram” - Sevil Əliyeva

“Onunla ilk görüşə çamadanla getdim”

Azyaşlı futbolçu faciəvi şəkildə öldü - YENİLƏNİB

Bir inci saflığı varsa da suda...

Novruzəli Aslanov: “Çolpon-Ata görüşü Türk dünyasında inteqrasiyanın dərinləşməsi mövzusunda mühüm siyasi mesajlar verdi”

Nüsrət Quliyev-65

Azərbaycan dili milli kimliyimizin və dövlətçiliyimizin əsas sütunlarından biridir

Tofiq Musayev UFC-də ikinci qələbəsini qazanıb

Alimlərdən qan təzyiqi ilə mübarizədə yeni üsul

Azərbaycan güləşçisi dünya çempionatının finalında

“Kabus körpü” yenidən üzə çıxdı

Sabiq nazir vəfat etdi

Lerikdə yenə zəlzələ oldu - YENİLƏNİB

“Nilay” “Kızılcık Şerbeti”ndən gedir

Can Kolukısa vəfat etdi

Azərbaycanda nağdsız ödənişlər artdı

Uşağın doğulduğu ay onun inkişafına təsir edir? - Alimlərdən diqqətçəkən araşdırma

İkinci əl "iPhone"nun ən sərfəli 6 modeli

Di Kaprio üçün - Mühafizəçiyə rüşvət təklif etdi

Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib

Milli kimliyin və dövlət suverenliyinin atributu: Azərbaycan dili və əlifbamız

Tubu İMANOVA : Pərakəndə fikirlərim - FOTO

Vaqif Əsədovun rəis qızı vəzifəsindən azad olundu

Nəriman Əliməmməd oğlu Həsənzadə

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31