Raqif Nazimoğlunun "Ağrı Çəkir Zamanəmiz" şeiri üzərində düşüncələrim...

Dünyada baş verən ictimai-siyasi proseslər, müxtəlif bölgələrdə davam edən münaqişə və müharibələr bəşəriyyəti ciddi şəkildə narahat edir. Belə bir dövrdə şair və yazıçıların üzərinə düşən mənəvi məsuliyyət daha da artır; onları insanlıq, sülh, mərhəmət və ümumbəşəri dəyərləri tərənnüm edən əsərlər yaratmağa sövq edir.
Azərbaycan ədəbiyyatında da müxtəlif tarixi sınaqlar və gərgin dövrlər zamanı bu kimi ümumbəşəri ideyaları özündə əks etdirən çoxsaylı dəyərli yaradıcılıq nümunələri meydana çıxmışdır. Bu ənənə bu gün də uğurla davam edir.
Bu yaxınlarda dəyərli şairimiz Raqif Nazimoğlunun Facebook səhifəsində paylaşdığı "AĞRI ÇƏKİR ZAMANƏMİZ" şeiri də məhz bu baxımdan diqqətimi xüsusilə cəlb etdi.
Bu şeir təkcə bir ananın faciəsini deyil, bütöv bir dövrün mənəvi ağrısını ifadə edir. Onun əsas dəyəri də bundadır ki, şəxsi faciəni ümumbəşəri bir ideyaya çevirə bilir.
Raqif Nazimoğlunun "AĞRI ÇƏKİR ZAMANƏMİZ" adlı şeiri, həm də adi bir lirik şeir deyil. Bu şeir həm ictimai-fəlsəfi, həm də simvolik - poetik düşüncə üzərində qurmuş, çoxqatlı mənalar daşıyan bir şeirdir. Şair burada bir ana və körpə faciəsini danışmaqla kifayətlənmir. O, həmdə, həmin hadisəni bütöv bir dövrün, xalqın və bəşəriyyətin taleyinin rəmzinə çevirir.
Şeirin əsas ideyası budur ki, bəşəriyyətdə gözlənilən böyük dəyişikliyin – azadlıqın doğum ərəfəsində olması, lakin bu doğuşun ölü doğulacağı təhlükəsi olduğunu ifadə edir. Bu uşaqın, azadlığın ölü doğulmaması üçün şair insanları laqeyd qalmamağa, bu müqəddəs doğuşa kömək etməyə çağırır.
Burada "ana" təkcə bir qadın deyil. O, Vətən, xalq, zaman, bəzən isə bəşəriyyət obrazıdır. "Körpə" isə gələcəkdir – azadlıq, ümid, yeni həyatdır.
Şeir bir neçə hissədən ibarətdir. Birinci hissə – Faciənin başlanğıcıdı;

"Səhər-səhər acqarına
Uşağını boğdu ana,
Boğdu ana uşağını!
Sağa çırpdı,sola çırpdı,
Göylər tufan qurşağını.
Ulduzların düzümündən
Göyün bağrı çatlamışdı.
Göbəyini çəkib Yer də,
Dizlərini qatlamışdı.
"

Şeirin başlanğıcından - "Səhər-səhər acqarına, Uşağını boğdu ana..."-misrası ilə şair oxucsunu sarsıdır. Burada söhbət ölüm, qatil olma cinayətdən getmir. Çünki, həmin misrada "Acqarına" sözü elə-belə işlənməyib. O, yoxsulluğu, ümidsizliyi, çarəsizliyi ifadə edir. Ana öz övladını nifrətdən yox, həyatın amansızlığı qarşısında aciz qaldığı üçün öldürür.
Göylərin tufan qoparması, yerin diz qatlaması göstərir ki, bu hadisə təkcə bir ailənin deyil, bütün kainatın faciəsidir.

"Ağrı çəkən göbək altda,
Çapalayan mələk idi.
Mələk körpə uşaq idi,
Uşaq ətdən yumşaq idi.
Göbək üstə yerin dizi ağır idi,
Diz altında ağrı çəkən
Yazıq idi,fağır idi.
Ağrı çəkən sevinirdi ağrısından,-
Bu müqəddəs ağrı idi!
Bu ağrının gödək yolu
Uzun bəşər nağılı idi."


Şeirin bu hissəsində şair- Doğulmamış həyat, yəni, "Bu müqəddəs ağrı idi..."-deməklə fikrini, doğulacaq həyata yönəldir.
Çünki doğuş ağrısı burada həyatın yaranmasının rəmzidir. Şair deyir ki, əzab müqəddəsdir, çünki onun sonunda həyat gəlməlidir.

Lakin...
"Uzun nağıl gödək yolda boğulmuşdu!-
Ölü uşaq doğulmuşdu ...
Ölü körpə gözəl idi,göyçək idi,
Açılmadan qoparılmış çiçək idi.
Külək onu vurmamışdı,
İnsan onu qırmamışdı.
Öldürmüşdü darlıq onu...
-Yarıtmadı varlıq onu.
Ölü körpə mələk idi,
Ölü mələk kimə,nəyə gərək idi?!
Yer üzünə gəlmək idi,
İlkin cəhdi,tərpənişi.
İlkin cəhdi hədər oldu,
Yer üzünə gəlməmişdən,
Yer üzündən gedər oldu..."


Burada, "Ölü uşaq doğulmuşdu..." - misrası şeirin ən ağır nöqtəsidir. Bu artıq təkcə körpənin ölümü deyil. Bu, həyata keçməyən arzuların, boğulan ümidlərin, yarımçıq qalan azadlığın ölümüdür.
Çox təsirli müqayisə,bənzətmədir - "Açılmadan qoparılmış çiçək idi."
Yəni həyat heç başlamadan bitdi.

"Anasına verilmədi ölü körpə,
...Göylər tufan qurşağını
Sağa-sola çırpdığı tək
Ana qaldı dizlərinə çırpa-çırpa.
Gündüz-gecə məmələri göynədikcə,
Gözlərində təlaş dondu,
Qorxu dondu.
Bəxtin ulduz düzümündə
Fələklərin çarxı döndü."


Bu hissə isə – Ən böyük simvoldur, yəni, "Ağrı çəkir zəmanəmiz,
Hamilədir azadlığa!" - şeirin açar misralardadir.

"...Ağrı çəkir zəmanəmiz,-
Hamilədir azadlığa!
Qorxum var ki,zəmanəmiz
Azadlığı ölü doğa,ölü doğa!
Gözüm qorxub dönə-dönə
Ancaq,yenə bu qorxudan
Qorxmuram,qorxmuram!
Ümidimi,diləyimi
Əllərimdən buraxmıram,buraxmıram!"


Buradan məlum olur ki, əvvəlki hadisələr böyük bir rəmz imiş. Zəmanə hamilədir, doğulacaq uşaq isə Azadlıqdır.
Lakin şair qorxur, "Azadlığı ölü doğa..."
Bu, çox güclü siyasi və fəlsəfi müqaisədir, bənzətmədir.
Yəni, inqilab uğursuz ola bilər; müstəqillik mənasızlaşa bilər; azadlıq kağız üzərində qala bilər;
xalq böyük əzab çəkər, amma nəticə verməz.
Bu hissədə şair ümidsiz deyil.
"Ümidimi, diləyimi
Əllərimdən buraxmıram."

Bu misralar bütün şeirin ruhunu dəyişir. Faciədən sonra ümid gəlir.

"Hər Allahın bir tilsimi əlimdədi,
Yüz iyirmi dörd min nurun
Bəsirəti dilimdədi!
Dörd ünsürün bərəkəti canımdadı,
Beşinci ünsür özüməm!
Dörd ünsürün cəmindən də,
Möhkəm olan bir dözüməm!"
"Yüz iyirmi dörd min nurun


Bəsirəti dilimdədi!" - şair burada peyğəmbərlərimizə işarət edir və sonra, "Beşinci ünsür özüməm. " - deyir.
Klassik fəlsəfədə dörd ünsür var:
su, od, torpaq, hava.
Şair deyir ki, bunların hamısını birləşdirən ruh, iradə, insan özü – beşinci ünsürdür.
Bu, insanın yaradıcı gücünə böyük inamdır.
Növbəti hissədə şair özünü təqdim edirək, bir –"Mən" - yaradır.

"Dörd daşqından sağ-salamat
Çıxan dağam ,qalam vardır.
İldən ilə çoxalmışam-
Nə az,nə çox-
Beşcə milyard balam vardır.
Beş milyardın hər birini
Bir Allaha döndərərəm,
Beş milyardın
Ancaq beş milyard yumruğunu
Şər üstünə endirərəm!"


"Beş milyard balam vardır"-misrası ilə şair artıq bütün bəşəriyyəti öz övladı hesab edir.
Elə buna görə də bu şeir milli şeir deyil.
Bu, ümumbəşəri düşüncədir.
Şair deyir:
"Çalxalanmış fələkləri
Yırğalanmış yerin-göyün sukanını
Nura tərəf döndərərəm!
Bir dəfəlik nə şər qalsın yer üzündə,
Nə də zülmət.
Ancaq sevib-sevilməklə
Ad çıxartsın bəşəriyyət!"


Əgər lazım olsa, bütün insanları xeyir uğrunda birləşdirərəm.
Bu, yüksək humanist idealdır.

"Azadlığa hamilədir zəmanəmiz!
Ondan diri uşaq umur
Bizim torpaq kaşanəmiz!
Gəlin gedək!
Ağrısına kömək edək.
Bəlkə diri uşaq doğub
Üzə gülə zəmanəmiz."

Şeirin son hissəsində şair, - "Gəlin gedək!
Ağrısına kömək edək."-deməklə insanlara çağırış edir.
Şair bununla demək istəyir ki, Azadlıq təkcə şairlərin arzusu ilə doğulmur.
Hamı bu doğuşa kömək etməlidir.
Əks halda tarix yenə "ölü uşaq" doğacaq.
Şairin demək istədiyi əsas fikir budur:-"Hər böyük azadlıq böyük ağrı ilə doğulur".
Lakin həmin ağrının nəticəsi canlı doğulmasa, çəkilən bütün əzablar mənasını itirər. Buna görə də xalq, insanlıq və hər bir fərd bu müqəddəs doğuşun baş tutması üçün məsuliyyət daşıyır.
Bu şeir təkcə bir ananın faciəsini deyil, bütöv bir dövrün mənəvi ağrısını ifadə edir. Onun əsas dəyəri də bundadır ki, şəxsi faciəni ümumbəşəri bir ideyaya çevirə bilir.
Mənə görə bu əsərin ən güclü misrası isə budur:

"Azadlığa hamilədir zəmanəmiz!"

Çünki bütün şeir məhz bu bir misranın ətrafında qurulub. Ondan əvvəlki bütün hadisələr bu fikrə hazırlıq, ondan sonrakılar isə həmin fikrin fəlsəfi izahıdır.
Bu şeir məna dərinliyi, simvolik sistemi və fəlsəfi yükünə görə müasir Azərbaycan poeziyasında diqqətəlayiq nümunələrdən biridir. Hər oxunuşda yeni məna qatları açılır və oxucunu düşündürməyə davam edir.
MƏN ÖLÜMDƏN QORXMURAM Kİ, A DÜNYA,
Ölü kimi yaşamaqdan qorxuram.
Raqif Nazimoğlunun bu şeir isə düşündürücü və fəlsəfi yükü olan lirik bir şeirdir. Burada əsas mövzu ölüm deyil, mənəvi ölüm, insanların bir-birindən uzaqlaşması və həyatın mənasını itirmək qorxusudur.

"Yavaş-yavaş təklənirik,ayıq ol,
Nəyi pisdi,bir borcumuz ödənsə?
Qabağıma kim çıxıb ki,bu sabah?
İşlər yenə başayaqdı nədənsə."


Şair elə misradan deyir ki, "Yavaş - yavaş təklənirik", yəni, insanlar getdikcə bir-birindən uzaqlaşır, təkləşir. "Nəyi pisdi, bir borcumuz ödənsə?" misrası isə insanların bir-birinə qarşı mənəvi borcunu – sevgi, hörmət, vəfa borcunu xatırladır. Burada, "İşlər yenə başayaqdı" ifadəsi isə cəmiyyətdə dəyərlərin alt-üst olmasına işarədir.

"Söz atımız qələm görcək yorulur,
Ağ varaqda mamır bitir eləcə.
Nə vaxtadək yas düşəcək araya?
Ömür gəlir,ömür gedir beləcə."


Bu, çox maraqlı bənzətmədir. "Söz atı" ilhamı və sözün gücünü ifadə edir. Amma qələm qarşısında belə yorulur. "Ağ varaqda mamır bitir" isə yazılmayan sözlərin, susqunluğun, yaradıcılıq durğunluğunun obrazıdır. Şair deyir ki, o qədər yazılmır ki, sanki ağ vərəq köhnəlib, mamır bağlayıb.

"Yad olmağın cəfasına bax indi,-
Şeytan gəlib sevgimizə dadandı.
Sənin məndə,mənim səndə gözüm yox,
Dünya mənim,yoxsa sənin adandı?"

Burada insanlar arasındakı sevginin soyumasından danışılır. "Şeytan gəlib sevgimizə dadandı" misrası kin, paxıllıq, etimadsızlıq və mənəvi aşınmanın rəmzidir.
Ən təsirli misralardan biri isə budur:

Sənin məndə, mənim səndə gözüm yox,
Dünya mənim, yoxsa sənin adandı?
Yəni dünya nə mənimdir, nə də sənin. Bəs niyə bu qədər tamah, dava və inciklik?

"Taleyə bax,həyata bax,İlahi,
Günahımı daşımaqdan qorxuram.
Mən ölümdən qorxmuram ki,a dünya,
Ölü kimi yaşamaqdan qorxuram."
Mən ölümdən qorxmuram ki, a dünya,
Ölü kimi yaşamaqdan qorxuram."


Şeirin elə əsas ideyası, "Mən ölümdən qorxmuram ki, a dünya,
Ölü kimi yaşamaqdan qorxuram."- bu iki misrasında cəmlənir. Şair fiziki ölümdən yox, hisslərini, vicdanını, sevgisini, ümidini itirmiş, sadəcə nəfəs alan, amma yaşamayan insana çevrilməkdən qorxur. "Ölü kimi yaşamaq" mənəvi iflic, laqeydlik və məqsədsiz ömür sürmək deməkdir.
Burada bütün bəndləri birləşdirən xətt belədir:
insanların təkləşməsi, dəyərlərin aşınması, sözün və duyğuların susması, sevginin zəifləməsi, dünyanın faniliyi və bunların nəticəsi olaraq mənəvi ölüm qorxusu.
Yəni hər bənd sonuncu misraya – "Ölü kimi yaşamaqdan qorxuram" fikrinə doğru oxucunu hazırlayır. Bu baxımdan şeirin daxili məntiqi və ideya bağlılığı beləcə qorunub saxlanılır.
Fikrimcə, şeirin ən güclü cəhəti də məhz son iki misradır. Onlar bütün şeirin fəlsəfi yükünü özündə cəmləşdirir və oxucunu düşünməyə vadar edir. Bu, sadəcə ölüm haqqında deyil, insan kimi yaşamağın məsuliyyəti haqqında yazılmış bir şeirdir. Məncə, şair bu fikri oxucuya uğurla çatdıra bilib.

Elxas Comərd.
AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.


Son xəbərlər

Azərbaycan güləşçisi tarix yazıb

Madonna son 50 ildə bunu edən ilk müğənni oldu

40 il beşulduzlu hotellərdə pulsuz yaşayan şəxs saxlanıldı

Burcu ilə Cihangir tərəf müqabili oldu

Partlayışda ölən Zəhranın valideynləri də vəfat etdi - Yenilənib

AŞIQ ALIDAN QALAN SƏRVƏT

XƏLİL MİRZƏ : Dərib, qoxulayıb, ayaqlayan var... - FOTO

Hicran Fuad Əhmədli : Şeirimə Qaçır - FOTO

Hələ bir az sev - FOTO

BÖYÜK AZADLIQ, BÖYÜK AĞRI İLƏ DOĞULUR - FOTOLAR

Atasının ölüm xəbərini alan gəmi kapitanı vəfat etdi

"Rüya gibi"nin aktrisaları eyni serialda - FOTO

Konqres Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı Ağ Evlə razılaşma əldə etdiyini açıqlayıb

"Türkiyədə bütün pullarımı itirdim" - İradə İbrahimova

“Saatlarla növbə gözlədik, həkim 40 manat tələb etdi” - Açıqlama

Qaraciyər köçürülən aktyorun işləməsinə icazə verildi

Latviya rəsmisi Azərbaycanın məhkəmə sistemində aparılan islahatları yüksək qiymətləndirib

Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Bakıda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir

İsrail ordusu HƏMAS komandirinin öldürüldüyünü bildirib

Spiker: Azərbaycanın rəqəmsal transformasiyasını dəstəkləmək məqsədilə yeni qanunlar qəbul edilir

NATO-nun Ankara zirvəsi: çat verən alyans, Ukraynaya ikili münasibət - ŞƏRH

Bu festivalda ya əylənə, ya da ölə bilərsən... - Fotolar

İkinci dəfə valideyn olacaqlar?

Kəlbəcərdə mina partlayışı olub

Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq

Toxumçuluq sahəsində yeni dövlət rüsumları olacaq

DÇ finalında ilk dəfə fasilə şousu olacaq - Ulduzlar səhnəyə çıxacaq

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031