ŞEİRİN RUHUNDAKI RİTM QƏLBİN POETİK FƏHMİDİR...
Təranə Dəmir şeirini mənə yaşatdıqları...

Ölkənin tanınmış, ondan yuxarı akademikinin, onlarla xalq şairi və yazıçısının, eləcədə dövlətin müxtəlif mükafatlarına layiq görülmüş hörmətli jurnalist və mədəniyyət işçilərinin dəyərləndirdiyi, haqqında yüksək fikirlər söylədiyi, gözəl şairimiz, hüquq elmi üzrə elmlər namizədi Raqif Nazimoğlunun, bu yaxınlarda, dostyana mənim haqqımda yazdığı təhlil yazısında belə bir cümlə vardı.
- "Poeziya da axıcı musiqi kimi olmalıdır - əslində, isə belədir. Biz şeir deyərkən və ya dinləyərkən bunu hiss edirik...

Şeirin ruhundakı ritm qəlbin poetik fəhmidir; fikri oxucuya gərək elə çatdırasan ki, onun duyğu qatarında həm sakitlik hökm sürsün, həm də təlatüm..."
Bu gün səhər fb səhifəsinə baxanda, dəyərli şairimiz Təranə Dəmirin "TANIMADI GÜZGÜ MƏNİ" şeiri qarşıma çıxdı. Şeiri oxuduqca Raqif Nazimoğlunun söylədiyi, istinad etdiyim yuxarıdakı fikir düşüncəmə hakim kəsildi. Başa düşdüm ki, Raqif müəllim çox doğru deyirmiş ;- "şeirdəki ritim, şair qəlbinin poetik fəhmidir". Şeir, məni öz ovsununa elə saldı ki, ani düşündüm ki, yəqin Raqif müəllim bu fikirləri gözəl şairimiz Təranə Dəmir yaradıcılığında məhz bu şeir üçün söyləyib. Şair duyğusunun qatında sakitliklə təlatümü gördüm. Bəndi yenidən təkrar bir də oxudum. Nə qədər gözəl, gözəl olduğu qədər də, təlatümlü poetik bir duyğu hissi.

Şair Təranə Dəmir, hər bir insanın güzgü qarşısında öz hiss duyğusunun əsrinə necə çevrildiyini obrazlı şəkildə oxucusuna ritmik, özüdə poetik dillə möhtəşəm çatdırıb.
Baxıb saçımın ağına
Məni qoymadı yaxına,
Keçdim soluna ,sağına,
Tanımadı güzgü məni.

Bir insan hissin poetik çalarlarını bu qədər gözəl və orjinal çatdırılması, həmin insan duyğusundan süzülüb gələn sözlər güzgü qarşısında necədə gözəl cilallanırmış İlahi...
Güldü üstümə , başıma ,
Gəlmədim deyən xoşuna ,
Tutdu tənə yağışına ,
Tanımadı güzgü məni.

Doğurdanda dəyişən görkəm, cansız güzgünün tənə ilə "dodaq büzüb" hər gün onu seyr edəni tanımaması, şair duyğusunun güzgü qarşısında fikir qənaətidir, amma süprüz qənaətdir.
Düşmədi üzüm yadına ,
Söhbətim, sözüm yadına ,
Oxşatdı hansı qadına ?
Tanımadı güzgü məni.

Güzgü qarşısında dayanan insanın özünü necə süzməsini, xəyalında canlandırdığı keçmiş və gələcəyi xatirəsinə qapılıb qaldı.
Məni sual -sual süzdü ,
Məni xəyal -xəyal süzdü ,
Mən danışdım , güzgü susdu ,
Tanımadı güzgü məni .

Şeirin hər sözündə, sətrində görünən məna yükü çox düşündürücüdür. Sanki insan xəyalının göz önünə gətirdiyi xatirələrdın süzülüb gələn poetik fikirləri şair öz rənglərinə uyğun düzür. Öz fikirini şair poetik çalarlara belə çevirir.
Yatmışdı, gəldim oyatdım ,
Ağladım, güldüm, oyatdım ,
Yaz getdim, payız qayıtdım ,
Tanımadı güzgü məni.

Güzgü, insan fizalojiyasında yaranan bir ehtiyacdır. O ehtiyacı hər bir məqam, səhər, axşam, gecə, gündüz evdən çıxanda, evə gələndə bu ehtiyacından asılılığın insan özündən aslı olmayaraq büruzə verir. Amma, gözəl şairimiz bu hissi, duyğunu elə gözəl obrazlı şəkildə çatdırır ki, doğrusu bunu bir şeir parçası kimi oxuyub yanından keçə bilmədim. Nə dərəcə hissimi, duyğumu bu şeir üzərindəki hiss və duyğuya kökləyə bilmişəm, bilmirəm, sadəcə, şeir məni öz ovqatında bu cür düşündürdü...
Bu həyatın xəyali aksiomudur. - "Tanımadı güzgü məni..."
P. S. Gözəl şairimiz Təranə Dəmir yaradıcılığı bir oxucu kimi hər dəfə məni düşündürür. Bir-birindən gözəl şeirlər müəllifi olan şairimizə, kiçicik bu yazım ilə, sağlam can sağlığı, uzun ömür, sevincli günlər və yaradıcılıq uğurları arzulayıram. Allah qorusun sizi gözəl şairimiz...

Elxas Comərd
AYB-nin və "" İti Qələm "
Respublika Ədəbi Birliyinin və" Ağsu Yazarları"Ədəbi Birliyinin üzvü.

Son xəbərlər

Prezident bir qrup neft sənayesi işçisini təltif edib - SƏRƏNCAM

Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb - Fotolar

İran və Pakistan xarici işlər nazirləri telefonla danışıb

Lilpar Cəmşidqızı : Sənin səmadə, cənnətdədir ünvanın, Asim - FOTO

Dörd yaşında yarımçıq qalan ömür

Deputat: Dövlət Suverenliyi Günü dövlətçilik tariximizin ən qürurverici səhifələrindən biridir

Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı

Elxas Comərd : AĞRIDAN DOĞAN ZƏFƏR - FOTO

Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı

MƏXFİ ƏMƏLİYYAT: SUVERENLİYƏ APARAN YOL

Bazar günü arabir yağış yağacaq

XİN Kitts və Nevis xalqını Milli Günü münasibətilə təbrik edib

Hasil Abbasov gənc xanıma vəzifə verdi - FOTO

Müəllimlərin işə qəbulu müsabiqəsindən sonra təxminən 3 minə yaxın vakant yer yaranıb

Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı - Fotolar

Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür

Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni, "Sabah" "İmişli"ni qəbul edir

WSJ: Konqresdə Pit Heqsetin Pentaqona rəhbərliyindən narazılıq artır

MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930