Hələ orta məktəb dövründə abunəçisi olduğum "Azərbaycan" və "Ulduz" jurnalında axtardığım ilk yazı, ədəbi tənqidə dair olub.

Həqiqətən sevə-sevə oxuduğum ilk yazılardan olub, görkəmli ədəbi tənqidçilərin yazıları. Və yazılardan aldığım duyğu ilə başa düşmüşəm ki, ədəbi tənqid ən böyük elmdir. Ona görə dəyərli şair dostlarımın yaradıcılığına etdiyim müraciətlərdə yanaşmama, ilk növbədə, həmin yazı üzərində münasibətimi sərgiləməyi ortaya qoymuşam. Məni tanıyan bir çox yaradıcı dostlarım hətda yazdığım bu kimi yanaşmalarımda, cüzü də olsa tənqidə yer verməyimi demələri, çox vaxt o "cəsarəti" məndə ehtiva etmib. Niyə görə və nədən...?

Cavabı çox sadədi. İstəməmişəm ki, kimisə özümdən incik salım. Bu niyətimin içində, bu gün heç gözləmədiyim halda, bəlkədə bunu çox istədiyim bir arzu kimi qəlbimdən keçirdiyim bir hissi, görkəmli şair, 64 kitab müəllifi, hüquq elmləri üzrə namizəd, "İti Qələm" Respublika Ədəbi Birliyinin və "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü Raqif Nazimoğlu qələmindən illərlə məni yönəlik istəyi və yazdığı bu yazı, mənim üçün göydən düşmə oldu.
Bəlkə də, Raqif müəllim demiş, bu çoxlarını narazı salar, kimlər isə bu cür yazıdan inciyər. Amma mən, çox sevindim...
Bu mənim yaradıcılığımın istiqamətinin birbaşa yönəldicisi və məsuliyyət hissimin artırılmasına bir təkandır...
Çox sağ ol, minnətdaram Raqif müəllim. Doğrusu ürəyimdən keçirirdim mənim haqqımda bir yazı yazmaqnızı...
“TALEYIM AĞLADIB GÜLDÜRDÜ MƏNİ”

Elxas Comərdə dost nəsihəti
Poeziya da axıcı musiqi kimi olmalıdır - əslində, isə belədir. Biz şeir deyərkən və ya dinləyərkən bunu hiss edirik...
Şeirin ruhundakı ritm qəlbin poetik fəhmidir; fikri oxucuya gərək elə çatdırasan ki, onun duyğu qatarında həm sakitlik hökm sürsün, həm də təlatüm...
Bu yazıda içinin dəyişkən duyğularını səmimi şəkildə ifadə edən Elxas Comərd şeiri barədə bir-iki fikir demək israrındaym. Elxasın əslində, publisistika duyğusu daha müfəssəldir. Yəni inciməsin, o, fikri şeirdənsə, nəsrdə daha yaxşı ifadə edər. Bunu dəfələrlə ona demişəm. Çox istəmişəm ki, o, qələmini nəsrdə sınasın...

Birdən oxucu düşünər ki, mən nə üçün yazımın girişində dərhal tənqidə keçmişəm?!
Gəlin görək Elxasın şeirlərində çatışmayan nədir?
Əvvəlcə onun şeirlərindən nümunələr verim:
Bu qoca dünyada, ömür payımda,
Qismətə düşəndən kamı almışam.
İmkanlı görəndə mənim tayımda,
Sanmışam, dünyanın xamı olmuşam...
***
Hər zaman hər yerdə coşub, qaynadım,
Çox vaxt haqqım üçün daşıb, qaynadım,
Bu həyat nə çaldı, ona oynadım,
Amma, sevinmədi oynuma mənim...
***
Sən çalış, gəl mənim düşmə gözümdən,
Ora çox hündürdü, bax, yıxılarsan.
Heç razı deyiləm özüm özümdən,
Girsən, ürəyimdə çox sıxılarsan…
***
On il qalxıb-enib o pillələri,
Mən ordan ömrümə ləl, götürmüşəm.
Qismətə yazılan illərim üçün,
Bütün məsələni həll götürmüşəm…

Bu parçalarda məna prosesində ciddi axsamalar var – yəni oxucu dərhal anlamır ki, müəllif nə demək istəyir. Bu da istər-istəməz ciddi narazılığa səbəb yaradır... Elxası şeirə gətirən nədir – söz xatirinə söz deməkmi, yaxud içində təlatüm edən duyğuları oxucuya yükləməkmi? Əslində, belə deyil. Elxas sözü söz xatirinə ərsəyə gətirmir, hədəfi dəqiq görür, lakin nədənsə onun hisləri tam poetik məcraya düşmür.
Mən Elxasın yaxşı şeirlərini də oxumuşam. Orada məna da yerində olub, məzmun da, üstəlik, poetik çalarlar da.
Məsələn:
Tarmalanır ürəyimin telləri,
Qorxuram ki, əsə hicran yelləri,
Nədən belə uzadırsan illəri?
Xoşun gəlir məni belə sıxanda?
***
Ömur yari oldu gun keçə-keçə,
Taleyim ağladıb güldürdü məni.
Elə yalan oldu, söylədim gerçək,
Sonradan min dəfə öldürdü məni…
***
Yenə gördüm, duyğularım oyandı,
Düşdü yada xatirələr birbəbir.
Güney, quzey, gözüm gəzib dolandı,
Baxdım gördüm, yamac ayrı, dərə bir.

Bu və bu kimi parçalarda mən Elxasın şair qətiyyətini aşkar görürəm. O, fikri tam halda oxucu üçün anlaşılan edə bilir. İnanmaq istəyirsən ki, Elxas şair kimi ciddidir, o məsuliyyəti hiss edir.

Ancaq bir çox şeirində, elə nümunə kimi verdiyim parçaların yer aldığı şeirlərin əksərində bunun əksi ilə qarşılaşırıq, fikir öz məqsədini tam açmır, oxucu ilə müəllif diqtəsi arasında ziddiyyət yaranır və s. Bu da narahatlığımızı artırır...
Elxasın vətənpərvərlik ruhunda şeirləri də az deyil:
Təmənnayla sevməmişəm mən səni,
Umacağım əvəz deyil, bil, vətən.
Haqsızlığa meydan etdin sinəni,
Buna görə dinc durmadı dil, vətən.

Bu və bu kimi şeirlərdə Elxas Vətən anlamını özünəməxsus şəkildə oxucuya açır, yetişən nəsildə vətəpərvərlik hissi aşılayır...
Təkrar kimi səslənməsin, bir daha deyirəm, Elxas Comərd yaxşı ədəbi-publisistik yazılar yazır, təhlillər qurur, yaxşı araşdırmalar aparır. Bəlkə bu, onun şeir yazmaq işini çətinə salır? Zənnimcə, belə deyil. Şeir Allahdan gəlir, onu insan beyni əxz etmir. Bunu Elxas da yaxşı bilir. Nə vaxt tam duyğu içində fikir diqtə edirsə, qələmə aldıqları axıcı və oxunan olur.

Mən Elxas haqqında bu yazını özüm bilərəkdən tənqid ruhunda qurdum ki, o, bəlkə məni səmimi qəbul edər və nəsrdə özünü sınayar. Əminəm ki, nəsrə keçsə, çox uğurlu əsərlər ortaya qoya bilər. Çünki bunun üçün ədəbi potensialı var.
Çoxları, bəlkə elə Elxas özü də bu yazıdan sonra məndən inciyəcək, yaxud narazılığını ifadə edəcək. Ancaq mən sözümdə sabit qalacağam. Çünki mənim Elxasın şeirlərini gözdən salmaq fikrim yoxdur. Mən ondakı istedadı gördüyüm üçün onu doğru səmtə ötürmək istəyirəm.
Səmimi deyim, nəsr yaradıcılığı şeir yaradıcılığından güclü olduğu halda mən necə susa bilərəm?
Üstəlik, söhbət Elxas Comərddən gedirsə...
Uzun-uzadı fikir diqtə etməyə dəymir, mən tam əminəm ki, Elxas Comərd nə vaxtsa nəsrdə özünü görəcək və tapacaq. Və bəlli ki, yalnız o zaman o, mənə haqq qazandıracaq...
Raqif Nazimoğlu,
Şair-alim

Son xəbərlər

Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı

Pezeşkian Putinlə görüşəcək

Bakıda ilk kazinonun açılacağı tarix bəlli oldu

Orbanın qızı ölkəsindən qaçdı

Akif Əyyubov dünyasını dəyişdi

SƏSSİZ TƏHLÜKƏ: SOSİAL ŞƏBƏKƏLƏRDƏ DEZİNFORMASİYA

Bir qızın ürəyində Laçın nisgili, barmaqlarında muğamın nəfəsi... - FOTOLAR

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Qazancına görə bütün futbolçuları geridə qoydu

Bir şəhidin adını daşıyan balaca Səlimdən geriyə acı xatirələr qaldı…

Google telefon nömrənizi xəbəriniz olmadan istifadə edir: necə deaktiv etmək olar

Evinizdəki "Wi-Fi" sizi izləyə bilər – Divarların arxasını görən texnologiyanın sirri

Hər soyuducuda olan bu məhsullar xərçəng riskini artırır

Avropa çempionatı: Üç boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb

Lilpar Cəmşidqızı : Qəlbimin nurunu çöhrəmdə çəkibdir Rəssam,

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq

Sazın və Sözün Şirvan Zirvəsi

Salyanda avtoqəza olub, ölən və yaralananlar var

MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək

“Əsas müttəfiqiniz Mehriban xanımdır”

67 İcra Hakimiyyətinin pulu kəsildi

“Terminal işləmir” bəhanəsi ilə nağd pul istəyirlər? - Obyektləri bu cəza gözləyir

Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq

Sabah bəzi yerlərdə yağış yağacaq

Milli Məclisdə "Hərbi xidmət haqqında" yeni qanun layihəsinin hazırlanması təklif olunub

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031