DOSTUNU  MƏNƏ  GÖSTƏR - Elxas COMƏRD
Bu fikirlər içində ürəyimdən gələn səmimi sözlər əhatəsində, hələ, ən az bir qismini söylədim, Məhərrəm müəllim...
Həyatda elə insanlar var ki, onun haqqında saatlarla, bəlkədə günlərlə danışarsan, nə yoruldum deyərsən, nədə sözün qurtarar. Belə insanlar, həmişə tərəfdaşları ilə ünsiyyət və təmasda özlərinə qarşı elə insanı kefiyyətlərlə rəğbət qazandırır ki, onlar haqqında danışanda da məsuliyyətini dərk edirsən.

Mən, şükür edirəm ki, yaxından tanıdlğım bir çox belə insanların əhatəsindəyəm. Hamsının da öz rəğbəti, öz seçilmə şansı var...
Elə indicə sosial şəbəkədə, illərdi tanıdığım, səmimi münasibətdə olduğum, rastlaşıb görüşəndə belə ayrılmağa tələsmədiymiz biri, bilmədim niyə görə, " Mən, Məhərrəm Şəmkirli ( Məmmədov) Şəmkir rayonunda dünyaya gəlmişəm, Bakıda yaşayıram" statusun paylaşıb? Amma bu status qarşıma çıxan kimi, ötən illərin xatirələrin varaqlamağa başladım. O qədər gözəl, səmimiyyəti içində daşıyan məqamlar var ki, bunu dəyərli oxucuların diqqətinə verməsəm belə, mən özümü baxışlamazdım.
Təxminən 20 il bundan əvvəlin söhbətidi. Təsisçisi olduğum "Vətən övladı" ictimai-siyasi, və "Dəyənək" ictimai-siyasi, satirik qəzetlərin redaksiyasına kirayələdiymiz 3-cü Mikrorayon ərazisindəki ikimərtəbəli binadakı otaqmızda əməkdaşlarla oturub söhbət edirdik. Redaksiya otaqının qapısı açıq olduğundan dəhlizdən keçənləri görürdük...
Elə bu zaman, bir nəfər orta yaşlı şəxsin, qonşu redaksiyaya tərəf keçdiyini gördük. Bir neçə dəqiqədən sonra, həmin adamın bizim qapının bərabərliyin də dayanıb, salam verərək, " gəlmək" olar sualı, əməkdaşları sakitləşdirdi və sanki hamımız bir ağızdan " buyurun" deməymizlə yekunlaşdı. Həmin şəxs redaksiyanın otağına daxil olub, bir daha bizimlə salamlaşıb, əl verib görüşərək oturmaq üçün göstərdiymiz yerdə əyləşdi.
DOSTUNU  MƏNƏ  GÖSTƏR - Elxas COMƏRD

Düzü, çox vaxt, bu cür yaşlı nəsilə mənsub şəxslərin nəşriyyatları gəzib, yeni yazdığı yazılarını çap etdirmək üçün redaksyalara gəlib-getmələrinin çox şahidi olduğumdan, həmin şəxsi də onlara bənzədib, səbrlə dinləmək məcburiyyətində qaldım. Çünki, çox zaman bu kimi şəxslərin, gətirdiyi yazıları, qəzetinin xatirinə, yazısına əl vurub, redaktə edəndə, hətda narazı qalıb, elə sözlər söyləyirlərdi ki, sonradan adam bu təmasa görə özün qınamaq məcburiyyətində qalırdı. Utanmadan özünü müasir ədəbiyyatmızın Fizulisi adlandıranlardan tutmuş, etdiyin redəktəyə görə eşitmək istədiyin "çox sağ ol" sözünün əvəzinə, " mənimlə məcburi müəlliflik edirsən..." irad dolu narazılıqların çox eşitmişdim. O, üzdən bu "qonaq" la da, ehtiyyatla davranıb, təmasmızın necə nəticələnəcəyini böyük səbr ilə gözləməyi özümə söz vermişdim.
Məhərrəm Şəmkirli...
İnanın, bu adın istiliyi, səmimi təqdimi, məni bu şəxslə ünsiyyətə böyük zövq verdi. Özün təqdim edib, gətirdiyi satirik yazılarını oxuyarkən dinlədiyim, arada danışdıqlarına qulaq asdıqca, mənə verdiyi varaqlara gizlincə göz gəzdirdikcə, qəlbimdə bir rahatlıq tapırdım. Sanki elə bil, illər idi ki, bu cür qəlbi dolu, qələmi yazar birini axtarırdım.
Tam qarşılıqlı isti münasibət yarandı. Qonaq üçün hazırlanan çayın gətrilməsi də, çox tez baş verdi. Qarşılıqlı xeyli yazı oxuyub, şirin söhbət etdik. Qəzetin növbəti nömrəsində bir səhvənin məhz Məhərrəm müəllimin yazılarına ayrılacağına söz verdik...
O dövrdə demək olar ki, bütün qəzet redaksiyaları əməkdaşların şəxsi vəsaitləri hesabına, eləcə də bu cür kənardan yazı verən müəlliflərin şəxsi ianələri, köməkləri hesabına çap olunaraq başa gəldiyini yəqin ki hamı bilirdi. Ona görə də Məhərrəm müəllimə heç nə demədik. Daha doğrusu, bu alicənab, qələm əhlinə heç nə demək istəmədik. İstədik ki, bu işdə könüllülüyü özü etsin. Odur ki, qəzetin çapına qədər gözləntimizə bağlı ümüdmizi üzmədik. Qəzet deyilən vaxtı çap olundu. O vaxt şatış nöqtələrinə az qəzet verdiymizdən, müəlliflər və haqqında yazı gedənlərin istədiyi qədər qəzeti redaksiyadan özümüz verirdik. Məhərrəm müəllim qəzetin çıxdığını qəzet köşkündən öyrənib, satışda olan 3 ədəd qəzeti alıb redaksiyaya gəlmişdi. Bu dəfə isə ona bağlanan ümüdmüzə və qəzetdə gedən maraqlı, gözəl yazılarına rəğmən, çox mehriban qarşılayıb, xeyli söhbət edib, yeni, nəyi isə olub-olmaması ilə maraqlandıq. Bir neçə yazısın təqdim edib, bir neç nüxsə də qəzet götürüb getdi. Növbəti nömrənin çapında nə isə edəcəyini düşündük. Növbəti nömrədə də Məhərrəm müəllimdən bir " tərpəniş" görməyib, verdiyi yazıların xatirinə heç nə demətib, çox mehriban yola saldıq. Çünki, qəzetdə gedən " bəy tərifi" yazıları elə bil ki, Məhərrəm müəllimin yazıları sanki, öz içində əridirdi. O üzdən Məhərrəm müəllimə heç nə deməyib, heç ehamda vurmayıb, səmimi əməkaşlığmızı davam etdirirdik. Hətda, Məhərrəm müəllimin yazılarına görə, "Dəyənək" ictimai-siyasi, satirik qəzeti çıxartmaq həvəsinə düşüb, iki nömrə də çap etdirdim. Amma Məhərrəm müəllimə heç bir söz demədik. Beləcə səmimiyyətmiz çox mehriban alındı. Şəhərdə harada rastlaşardıq oturub saatlarla çay içib söhbətlər edərdik. Çünki həyata baxışmız bir çox hallarda üst-üstə düşürdü. Cəmiyyətdə başverənlərə, aparılan ictimai - siyasi proseslərə yanaşma tərzimizdə də eynilik çox idi. Heç bu qədər bir yerdə səmimi söhbətlərmiz olmasına baxmayaraq bir dəfə də olsun ki, ona barədə söz deyilmədi. Təxminən bir ildən yuxarı əməkdaşlığmız mütəmadi alındı. Sonrakı illərdə yalnız rastlaşandan - rastlaşana oturub söhbətlər edərdik. Çünki, o başqa bir qəzetə daimi əməkdaşlığa, işə dəvət edilmişdi, bizimdə qəzetin maliyyə problemi üzündən çapında gecikməlır başlamışdı...
Təxminən bir neçə il bundan əvvəl, həmyerlisi, qohumu, nəhayyət sinif yoldaşı, Xan Şuşinskinin tələbəsi, məhşur xanəndə, bəstakar Oqtay Hacıyevlə, onun sualları əsasında tanışlığmızdan danışarkən Məhərrəm müəllim haqqında söhbət əsnaslnda, onu haradan tanıdığımı soruşanda , yuxarıda yazdıqlarımı, söyləyərək diqqətinə çatdırmışdım. Ona qədər bu barədə heç Məhərrəm müəllimin özünə də deməmişdim. Çünki, bizim aramızda çox böyük səmimiyyət yaranmışdı deyə, bu cür vaxtı keçmiş məsələdən söhbət etməyi belə lüzum görməmişdim.
O gündən, bu günə qədər Məhərrəm Şəmkirli ( Məmmədov) imzası ilə dərc olunan bütün yazıları sanki hamsını oxuyuram. Rəngarəng yaradıcılıq üslubu olan Məhərrəm müəllimin yaradıcı insanların yaradıcılığına baxışına dair təhlil yazıları yazdığından, onun yaradıcılığının təhlili məsuliyyətindən uzaq olacağıma qətiyyətlə söz verdim. Odur ki, bəzi məqamları vurğulamaqla Məhərrəm Şəmkirli yaradıcılığından dostyana yazdığım bu kiçicik yazıya işıq tutacam.
Məhərrəm Şəmkirli sakit təbiətli, (suyun lal axanı, insanın yerə baxanı ) cəmiyyətin eybəcərliklərinə müxtəlif aspektlərdən baxma gücü olan, şərh və izah işində məniqli cümlələrlə ortalığa bir mövqe qoyma bacarığında olan yazıçı - publisistdir. Yaxından izlədiyimə, özü ilə olan təmasmızdan bilirəm ki, dövrü mətbuatın bir çoxunda, Məhərrəm Şəmkirli imzası ilə bir neçə yazı dərc olunub. Demək olar hamsı da, böyük marağa səbəb olub. Peşəkar jurnalist, gözəl yaradıcılıq nümunələri ilə oxucu qəlbinə yol tapan Məhərrəm Şəmkirli imzasının istənilən yazısı, böyük bir auditoriyanın maraq kəsb etdiyi yazılardan olub.
Məhərrəm Şəmkirli yaradıcılığında məntiqli aforizimlər maraq kəsb edir. Onun maraqlı pritçaları, sətiraltı oxucuya çatdırılmalı doğru yolu, düşünməyi tövsiyyə edir.
P. S. Mən də, bu yazı illə illərlə sevə-sevə oxuduğum Məhərrəm Şəmkirli imzası ilə tanıyıb sevdiyim insana bir sevgi dolu səmimiyyətimi çatdırıram.
Allah qorusun sizi əvəzsiz dost,qardaş...

Elxas Comərd.

Son xəbərlər

SEVİNC YUNUSLU : Qorxma mən hələ ölmürəm.. - FOTO

Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib

Kəmaləddin Heydərov Özbəkistanda səfərdə olub - VİDEO

Şahin Bağırov “Temu” bağlamalarının gecikmə səbəbini açıqladı

"Bloomberg": Pxenyanın nüvə başlıqlarının sayı ABŞ-nin müdafiə sistemini sıradan çıxara bilər

Mayda temperatur 32 dərəcəyədək yüksələcək - AYLIQ PROQNOZ

Azərbaycan və Maldiv adaları qarşılıqlı olaraq vizanı ləğv edib

"Bunun qarşısını ala bilmərik" - Rektor

Bakı metrosunda BEŞ GÜN iş rejimi dəyişəcək - TARİX AÇIQLANDI

Maliyyə Nazirliyində Aparat rəhbəri təyin olundu

VƏSİLƏ USUBOVANIN ANIM GÜNÜ... - FOTO(TARİX)

Aprelin son günündə 22 dərəcə isti gözlənilir

"Süni intellekt hamımızı öldürə bilər"

İranda polis patruluna silahlı hücum olub: 1 ölü, 3 yaralı var

Bir gülüşündən sarı - FOTO

Sara Əzimovaya yeni vəzifə verilib

İçdiyi dərmanlar ölümünə səbəb oldu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

14 yaşlı qızla 19 yaşlı oğlan qonaq getdikləri evdə zəhərləndi - Biri öldü

Estetik əməliyyatına sərvət xərclədi - Fotolar

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Şahin Mustafayev İrəvandadır

Azərbaycanın axtardığı şəxslər bu ölkələrdə tutuldu

“Fidan Zeyn həm salonumu işlədib pul qazanır, həm də həbs olunmağıma çalışır”

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin məhkəmə zalında həbsi tələb olunub

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Yağır yağmadığın cəmini yağış - FOTO

Qeydiyyat bu gün bitir

Evlərini və maşınlarını satıb kəndinə 10 milyon dollar xərclədi - Fotolar

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930