Tanınmış türkiyəli müğənni Berdan Mardini diqqətçəkən sosial və iqtisadi layihə ilə gündəmə gəlib.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, o, doğulduğu kəndə böyük sərmayə yatıraraq, həm istehsalı genişləndirməyi, həm də məşğulluğu artırmağı hədəfləyir.

Məlumata görə, Mardin bölgəsində yerləşən və 78 ev təsərrüfatından ibarət kəndə ümumilikdə 10 milyon dollar investisiya qoyulub. Layihə çərçivəsində müxtəlif istehsal sahələrini əhatə edən müəssisə artıq fəaliyyətə başlayıb.

Mardini bildirib ki, layihənin əsası hələ 2016-cı ildə qoyulub. Onun sözlərinə görə, bu məqsədlə şəxsi əmlakını - evlərini və avtomobillərini sataraq investisiyaya yönəldib. Müğənni bu qərarına görə ətrafından tənqidi reaksiyalar aldığını da gizlətməyib.

Qurulan müəssisədə gül yağı, ətir, makaron və gül ətirli limonad kimi məhsulların istehsalı nəzərdə tutulur. Layihədə əsas xammal kimi Mesopotamiya bölgəsində yenidən becərilən xüsusi gül növündən istifadə edilir.

O, layihənin sosial tərəfinə xüsusi önəm verdiyini vurğulayıb. Mardinin sözlərinə görə, əsas məqsədlərdən biri kəndlərdən şəhərlərə miqrasiyanın qarşısını almaq və xüsusilə qadınların iş imkanlarını artırmaqdır.

Layihənin tam gücü ilə fəaliyyətə başlaması nəticəsində bölgədə 450-500 nəfər üçün yeni iş yerlərinin yaradılması planlaşdırılır.

Son xəbərlər

İçdiyi dərmanlar ölümünə səbəb oldu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

14 yaşlı qızla 19 yaşlı oğlan qonaq getdikləri evdə zəhərləndi - Biri öldü

Estetik əməliyyatına sərvət xərclədi - Fotolar

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Şahin Mustafayev İrəvandadır

Azərbaycanın axtardığı şəxslər bu ölkələrdə tutuldu

“Fidan Zeyn həm salonumu işlədib pul qazanır, həm də həbs olunmağıma çalışır”

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin məhkəmə zalında həbsi tələb olunub

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Yağır yağmadığın cəmini yağış - FOTO

Qeydiyyat bu gün bitir

Evlərini və maşınlarını satıb kəndinə 10 milyon dollar xərclədi - Fotolar

Coliyə nə olub? - Foto

“Daha da yaxşı işləyəcəyəm” - Məzahir Pənahov

Əfqanıstanla Pakistan arasında daha bir GƏRGİNLİK

Bakının bəzi ərazilərində qaz olmayacaq

BİZİM TƏQVİM:29 apreldə baş vermiş tarixi hadisələr

Kral III Çarlz Konqresdə NATO-nun qorunmasının vacibliyini vurğulayıb

Yeni pasportlarda Trampın şəkli olacaq?

Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu

NASA: ABŞ kosmik proqramını dəyişdirməsə, Çin Ay yarışında ona uduza bilər

"Gönül dağı" izləyicilərinə pis xəbər

Tərəf müqabili oldular

"Arka sokaklar" mövsüm finalına hazırlaşır

"Bir ömrün işığında: insanlığa xidmətin ali nümunəsi" - FOTOLAR

Elşən Xəzərin qızı ifadə verdi - FOTO

ABŞ blokadanın başlanğıcından bəri İranla əlaqəli 39 gəmini saxlayıb

“Anam Çarlza aşiq idi, inana bilərsinizmi?”

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930