
Xəbərlər
29.04.2026, 12:31
Bir gülüşündən sarı - FOTO
Xəlil Mirzə,
yazıçı-publisist
yazıçı-publisist
Dəli-divanəyəm mən
Bir gülüşündən sarı,
Bəxtimin üzü olub
Bir gülüşündən sarı.
Şümal telin bir qulac,
Gəlirəm, qolların aç.
Qalmışam ac-yalavac
Bir günündən sarı.
Ləbin bal, belin incə,
Sinəndə bir cüt qönçə.
Güdaz gəlsin, gəlincə
Bir gülüşündən sarı.
Günəş dözmədi,söndü,
Ay üzü ləkələndi.
Ümid yasağa döndü
Bir gülüşündən sarı.
Xəlil lal sən gəlincə,
Hər güldən sən gül incə.
Qoyma məni gülüncə
Bir gülüşündən sarı.
Bir gülüşündən sarı,
Bəxtimin üzü olub
Bir gülüşündən sarı.
Şümal telin bir qulac,
Gəlirəm, qolların aç.
Qalmışam ac-yalavac
Bir günündən sarı.
Ləbin bal, belin incə,
Sinəndə bir cüt qönçə.
Güdaz gəlsin, gəlincə
Bir gülüşündən sarı.
Günəş dözmədi,söndü,
Ay üzü ləkələndi.
Ümid yasağa döndü
Bir gülüşündən sarı.
Xəlil lal sən gəlincə,
Hər güldən sən gül incə.
Qoyma məni gülüncə
Bir gülüşündən sarı.
11.09.98.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














