TƏBRİK EDİRİK!


Gətirmişəm

Yetmiş beşin qucağında "yatırsan" ,
Səksən, doxsan sarayında otur sən,
Bir də gördün yolda yüzü ötürsən,
Təpərli diz, nurlu göz gətirmişəm,
Niyyətimdə yüz on, yüz gətirmişəm.

Tər bənövşə, şehli nərgiz dərmədim,
Yollarına ləldən xalı sərmədim,
Heç bir şeyi sənə layiq bilmədim,
Layiq olan bir-iki söz gətirmişəm,
Ürəyimdə yanar köz gətirmişəm.

Qarlı dağa bənzədibdir tel səni,
Elə bəndsən uçurammaz sel səni,
Ürəyində yaşadacaq el səni,
Atəş deyir... Sən də yaz, gətirmişəm,
Sən sevdiyin telli saz gətirmişəm.

22.04.2026.





Buna dünya neyləsin?

Duman enir aşağı,
Leysan basır qurşağı,
Ana atır uşağı
buna dünya neyləsin?

Qəlbin inamsız olsa,
Gözlər əlində qalsa...
Tutduğun əyri yolsa
buna dünya neyləsin?

Dilin yalanı alsa,
Badən ağıyla dolsa,
Xislətin vurmaq olsa,
Buna dünya neyləsin?

Deyirsən dünya pisdi?
Pislərin üzü hisdi,
Cibini əlin kəsdi
buna dünya neyləsin?

Ürək şeytan andısa,
Haqqı- sayı dandısa,
İnsanlar satqındısa
buna dünya neyləsin?

Qandı yaranın yeri,
Oxunar şairin şe(i)ri,
Ölütək gəzir diri,
Buna dünya neyləsin.

Tülkü pələng cildində,
Haçar qalıb kildində,
Yoxdu qalan bir dində...
Buna dünya neyləsin?

Oxuyursan içində,
Sarvan çatmır köçündə,
Aşıb başdan suçun da,
Buna dünya neyləsin?

Hər əməl əlindədi,
Hər yalan dilindədi,
Yaradan "ölüm", - dedi,
Buna dünya neyləsin.


Vətən qızı Brilyant Atəş.

Vətən qızı Brilyant Atəş : Dəyərli qardaşım Barat Vüsalın 75 illiyinə- FOTO

Son xəbərlər

Bu gecə “qovuşurlar”

Səhhətinə görə ekranlardan uzaq qalıbmış

QIZBƏS QƏBƏLƏ : VARLILAR ÜÇÜN SIĞINACAQLAR - FOTO

İLLƏRİN AYIRA BİLMƏDİYİ DOSTLUQ - FOTO

Alıcan İsgəndərli : " DOST DOSTA TƏN GƏRƏK... " - FOTO

Qismətim deyilsən - FOTO

Bir Mayis Əlizadə var idi... - FOTO

Paşinyanı təbrik edib, Cənubi Qafqazda sülhə söz verdi

Afrikanın ən yaxşı hakimi ABŞ-yə buraxılmadı

Yayım tarixi bəlli oldu

Perez Papa ilə görüşdü - Foto

Vətən qızı Brilyant Atəş : İSTƏ - FOTO

ABŞ İrana gedən tankerə zərbə endirib

Onlar da narkotik istifadəçisi imiş

“Güller ve günahlar”da ayrılıq - FOTO

Tərəf müqabili oldular

Xatirə İsmayılova : Hər xəmirdən çörək olmaz, nan olmaz - FOTO

Kimlərə güzəştli kreditlər veriləcək?

Azərbaycan və Gürcüstan XİN başçıları Cənubi Qafqazın əhəmiyyətini müzakirə ediblər

Şahbaz Şərif ABŞ, İsrail və İranı gərginliyin azalması üçün dialoqu davam etdirməyə çağırıb

Türk Dünyası Ali Təhsil Məkanının yaradılması istiqamətində müzakirələr aparılıb

Növbəti dörd gündə bəzi rayonlarda hava yağıntılı olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Türkiyə XİN: Azərbaycan və Ermənistanın sülh üçün iradəsi bölgədə önəmli hesab edilir

Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olunacaq

Eldar Əzizovun oğluna yüksək vəzifə verildi - FOTO (YENİLƏNİB)

"Kiyev sülh prosesini ləngidir" - Peskov

Sosial şəbəkələrlə bağlı yeni QƏRAR: 50 min manatlıq cərimə GƏLİR

Bu tarixlərdə iki güclü maqnit qasırğası olacaq

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930