Xəbərlər
9.06.2026, 00:04
Vətən qızı Brilyant Atəş : İSTƏ - FOTO
Yaradandan başqa yoxdu güvənlik,
Çarə nə sənlikdi, nə də ki mənlik,
Üst daş üyütmürsə neyləsin dənlik,
Allahdan dərdinə bir sonluq istə.
Hamının taleyi keçmir hamardan,
Çovan döl götürmür bəzən davardan,
Gözü yuxusuzdan, əli qavardan
Çəkdiyi zəhmətə halallıq istə.
Olsa tuluq çox baş, "tutmaz" öyüdü,
Yoxsa quru çırpı, axtar nöyüdü,
Hərə öz öyünün xanı, bəyidi
Rahatlığın üçün samanlıq istə.
Əzəldən Xəzərin göl olub adı,
İnsana lazımlı sudu, havadı,
Çox olsa dövlətin, yandırar odu
Quru çörəyinə yavanlıq istə.
Dinlə gör bu fağır Atəş nə deyir,
Loxmanı duzuna batırıb yeyir,
Tökür zər-xarasın, hamı ağ geyir,
Orda ya nökər ol, ya xanlıq istə...
Çarə nə sənlikdi, nə də ki mənlik,
Üst daş üyütmürsə neyləsin dənlik,
Allahdan dərdinə bir sonluq istə.
Hamının taleyi keçmir hamardan,
Çovan döl götürmür bəzən davardan,
Gözü yuxusuzdan, əli qavardan
Çəkdiyi zəhmətə halallıq istə.
Olsa tuluq çox baş, "tutmaz" öyüdü,
Yoxsa quru çırpı, axtar nöyüdü,
Hərə öz öyünün xanı, bəyidi
Rahatlığın üçün samanlıq istə.
Əzəldən Xəzərin göl olub adı,
İnsana lazımlı sudu, havadı,
Çox olsa dövlətin, yandırar odu
Quru çörəyinə yavanlıq istə.
Dinlə gör bu fağır Atəş nə deyir,
Loxmanı duzuna batırıb yeyir,
Tökür zər-xarasın, hamı ağ geyir,
Orda ya nökər ol, ya xanlıq istə...
08.06.2026.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











