Xəbərlər
3.06.2026, 13:32
Hicran Əhmədli : Üzülüb Əlim - FOTO
Gözlərin gülsə bir gün,
Xəbər eylə qoy gəlim.
Elə bilmə pis ollam...
Çoxdan üzülüb əlim.
Sevinclərin çoxalsa,
Taparam mən özümü.
İlmə-ilmə sökmüşəm,
Qaranlıqdan gözümü.
Son ümidi qatlayıb,
Daha qoydum boğçaya.
Niyyətimi söyləməm,
Yön dəyişən bir çaya.
Çağır, başına dönüm,
Bircə qətrə sevinim.
Xəyal da olsa belə,
Arzudan don geyinim.
Uzaqdan baxım sənə,
Sevincindən pay alım.
Qulağına pıçıltım...
Qəlbində qoy mən qalım.
Xəbər eylə qoy gəlim.
Elə bilmə pis ollam...
Çoxdan üzülüb əlim.
Sevinclərin çoxalsa,
Taparam mən özümü.
İlmə-ilmə sökmüşəm,
Qaranlıqdan gözümü.
Son ümidi qatlayıb,
Daha qoydum boğçaya.
Niyyətimi söyləməm,
Yön dəyişən bir çaya.
Çağır, başına dönüm,
Bircə qətrə sevinim.
Xəyal da olsa belə,
Arzudan don geyinim.
Uzaqdan baxım sənə,
Sevincindən pay alım.
Qulağına pıçıltım...
Qəlbində qoy mən qalım.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











