Turaztv.az » Xəbərlər » Ucalığın mübarəkdir, uca dağ - FOTO
Xəbərlər

Ucalığın mübarəkdir, uca dağ - FOTO

03.06.2026, 12:05 154
Binələrdə xoruz banlar,it hürər
Cərgə-cərgə ağ çadırlar qurular.
Bir ixtiyar qoca gördüm xeyli şən,
Baş oynadıb kəhər atı yorular.

Yola çıxan ömür-gündür beləcə,
Küləklərin əllərindən tut yeri.
Xəyalıma süfrə açır təzədən,
Yaylaq yeri,ocaq yeri,yurd yeri...

Yaşamağa möhlət istə,şükr elə
Sən zamanın ağrısını unut gəl.
Qurd gözündən işıq götür yolüstü,
Qucaq-qucaq ətəyində bulud gəl.

Ucalığın mübarəkdir, uca dağ,
Bu görüşə bir,iki söz dedim ki.
Heç nə səndən aparmıram,qoy qalsın
Nəyim varsa səninkidir,səninki...

Oxşar xəbərlər