Xəbərlər
8.06.2026, 22:24
Bir Mayis Əlizadə var idi... - FOTO
Sabirabadda dəli Kürün ayna sularının sahilində bir kənd qərar tutur. Adına Ulacalı deyirlər. Bu kənd alimləri, şairləri, mütəfəkkirləri, zəhmət adamları ilə tanınır, igid oğulları, ismətli qızları ilə seçilir... Mayis Əlizadə də bu kənddə anadan olmuşdu...
Mayis Əlizadə Türkiyədə yaşayırdı. Tanınmış jurnalist idi...
Mən Mayis bəyi şəxsən tanımırdım. Atası İbadulla bəyi yaxından tanıyırdım. Ata oğlu ilə daim fəxr edirdi. Onun haqqında, Mayis Əlizadənin yaradıcılığı barədə mənə çox danışmışdı. İbadulla müəllimin söhbətlərindən sonra Mayis Əlizadənin yaradıcılığı ilə maraqlandım...
Mayis bəy facebookda dostluğumda idi. Bir-birimizlə yazışırdıq...
Atası İbadulla müəllim mənim redaktorluğumla çap olunmuş “Ömür yolu” (“Nurlan”-2010), “79 il içində” (“Elm və təhsil”-2011), “80 il! Yaşamağa dəyərmi?!”(“Elm və təhsil”-2012), “Qan yaddaşımız”(“Elm və təhsil”-2013), “Gördüyüm və görüşdüyüm adamlar”, (“Elm və təhsil”-2014), “Böyüklər üçün nağıllar” (“Elm və təhsil”-2014), “Torpaq-and yeri”(“Elm və təhsil”-2015), “Mənsəb” (“Elm və təhsil”-2016 kitablarının müəllifidir. 9-cu kitabının əlyazması hazır idi. Çap etdirmək istəyirdi. Amma ömür vəfa etmədi, dünyasını dəyişdi...
Bir Mayis Əlizadə var idi... Necə deyərlər, o, qatığa qara deyə bilməyən, cəfəng təriflər yazmaqdan uzaq olan, gördüyünü çağıran, sözü qeyrətin, vicdanın ixtiyarına buraxan, riyalardan geri gəzən bir jurnalist idi. Bu ideya Mayis Əlizadə yaradıcılığının ruhudur, canıdır, nəfəsidir. Onun əsərlərində ədalətə çağırış əsas yer tuturdu. Publisistik düşüncələrinin mərkəzində duran, ilhamına daha çox qida verən əsas mövzu Vətən məhəbbəti idi. Nədən yazırsa-yazsın həmişə, hər yerdə bu məhəbbətdən qüvvət alırdı. Onun bütöv fəaliyyəti millət, xalq, Vətən və azadlıq sevgisinə dayanırdı. O, millətin ağrı yaddaşından doğulub, millətin və xalqın sabahına işıq tutan azadlıq aşiqi idi,-desəm, yanılmaram. Mais Əlizadə öz əqidəsi,sözü və qələmi ilə bizim qan yaddaşımızı, gen yaddaşımızı, dövlətçilik düşüncəmizi oyadan milli bir publisist idi. O, pulisistika ənənələrinin ən yaxşı cəhətlərini mənimsəmişdi və milli ruhlu müasir bir publisistikanı ortaya qoymuşdu. İnandırıcılıq, fakta əsaslanmaq, zamanla həmdərd və həmfikir olmaq, yalnız həqiqətə, doğru olana işıq salmaq Mayis Əlizadə publisistikasının əsas, istiqamətverici və yönləndirici atributlarıdır.
Öz xalqının qəlbindən xəbər vermək, onun arzu və xəyalındakı gözəllikləri, mənanı eyni təbiiliklə duyub ifadə edə bilmək jurnalist üçün böyük xöşbəxtlikdir. Bu baxımdan bir sıra ictimai-siyasi hadisələr, aktual əxlaqi-mənəvi problemlər, məişət məsələləri Mayis Əlizadənin əsərlərinin mövzusuna çevrilə bilib. O, son dərəcə aktual, zəruri mövzulara toxunur, incə mətləbləri çözələyirdi, açıq, aydın düşüncəyə yol açan, insan qəlbini riqqətə gətirən, işıqlı ideyalar formalaşdıran məsələlərdən söz açırdı. Mayis Əlizadə o publisistlərdən idi ki, adilikdə qeyri-adilikləri sezə bilir, çoxlarının yanından sakit-səssiz ötə bildiyi nəsnələri ictimai fikrin diqqətinə yönəldirdi.
Xalqın, geniş oxucu kütləsinin qəlbindən xəbər verən ictimai-siyasi məzmunlu hadisələri bir vətəndaş-jurnalist kimi təsvir etməsi onun əsərlərinin qiymətini daha da artırmışdı.
Mayis Əlizadənin yaradıcılığı mövzu etibarilə zəngin, mənalı, çoxqatlı, üslubi cəhətdən bədii, cazibədar və rəngarəngdir. Onun toxunduğu sahələri təxminən belə qruplaşdırmaq olar: portretlər, siyasi təhlillər – siyasi publisistika, mənəvi-əxlaqi söhbətlər, psixoloji yaşantılar, ictimai-sosial rezonans, ədəbi-tənqidi təhlil, eksklüziv araşdırma və ədəbi şəxsiyyətlər haqqında söz, tarixi keçmişimizə ekskurs, yaddaş salnaməsi, poetika, romantika, ünsiyyət, nostalji, düşüncələr, keçmişlə bu günün harmoniyası və s.
Mayis Əlizadənin publisistikası barədə çox danışmaq, yazmaq olar. Onun publisistikası tədqiq olunmağa layiqdir. İnanıram ki, gələcəkdə onun əsərləri haqqında geniş tədqiqat əsərləri meydana gələcəkdir.
...Mayis bəy istəyirdi ki, Vətənə gəlsin və atasının son kitabının çapını həyata keçirsin. Lakin qismət olmadı.
Allah hər ikisinə rəhmət eləsin.
Jalə xanım Mayis Əlizadə haqqında kitab yazmaqda, film çəkməkdə olduqca xeyirxah iş görür. Allah ona yardımçı olsun.
Elçin NƏSİB
”Kür- Araz” qəzetinin təsisçisi və baş redaktoru,
“Suqovuşan” Ədəbi Məclisinin rəhbəri.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay