Ad gününüz mübarək, Oqtay müəllim!

Ömür yolu rəvan olmur. Bu yolların yoxuşu, enişi var. Həyatın çətinliklərinə dözərək zamanın burulğanından üzüağ çıxıb yaşamağı yalnız sağlam düşüncəli insanlar bacarır. Ad gününü təbrik edəcəyim Oqtay müəllimin atası Səttar müəllimi tanıyırıq. Onunla 15 gün bir müalicə ocağında, eyni otaqda olmuşuq, müalicəmizi davam etdirmişik. Bu müddətdə sözünün əvvəli də, axırı da oğlu Oqtay olurdu. Söhbət əsnasında öyrəndik ki, ixtisasca cərrah-həkimdir. Bir müddət Bakıda işlıədikdən sonra Amerikaya üz tutub. Orada bu peşəni şərəflə davam etdirir.
Söhbətimizdən onu da öyrəndik ki, Oqtay Məmmədov əsl insan, böyük şəxsiyyətdir. Həqiqi mənada humanist, vicdanlı, təmiz qəlbli Azərbaycan övladıdır. Böyüklə böyük, cavanla cavan, uşaqla uşaq kimi danışmağı bacaran, hər kəslə eyni dildə ünsiyyət quran nadir insanlardandır. Onun üçün insanın yaşı, vəzifəsi, statusu deyil, xarakteri, əxlaqı, ehtiyacı əsasdır.
Onu fərqləndirən ən əsas cəhətlərdən biri insanları dərindən hiss etmək və anlamaq qabiliyyətidir. Enerjisi bitməzdir. Saatlarla gözəl natiq kimi, özü də ana dilimizdə danışa bilər, insanı yormayan maraqlı nitqə malikdir. Oqtay müəllim adamları “kitab kimi oxuya bilir". Kimin üzündə təbəssüm saxtadır, kimin içində bir dərd gizlənir - bunu dərhal sezir. Gözünə hər hansı şübhəli hal dəyərsə, o insanı rahat buraxmaz. Soruşar, maraqlanar, halını öyrənər. Ta ki, içindəki sıxıntını üzə çıxarana qədər. Amma məsələ təkcə bunu öyrənməklə bitməz. O, mütləq çözüm axtarar. Kömək etmədən, əlindən gələni etmədən geri çəkilməz.
ŞƏKİLDƏ SƏTTAR MƏMMƏDOV və oğlu OKTAY MƏMMƏDOV

Səttar müəllimin dediyinə görə, onun elədiyi xeyirxahlıqların, nəcib işlərin saysız-hesabsız nümunəsi var. Hər birinin arxasında bir ailənin, bir insanın taleyinə toxunan xeyirxah əməl dayanır. O.Məmmədovun həssas xarakteri var.
Səttar müəllim həmişə onun haqqında iftixarla danışır. Deyir ki, oğlu olduğuna görə onun haqqında danışmır. Onu kənardan müçahidə edənlərin qənaətinə görə, Oqtay müəllim yüksək mədəniyyətə malikdir, həm də çox təmkinli, əsl Azərbaycan kişisinə xas olan ağsaqqal düşüncəlidir.
Bu gün, 15 may onun ad günüdür.
Atası Səttar müəllim, Oqtayın həyat yoldaşı Zemfira xanım, qızı Kəmalə, oğlanları Elnur, Kamran, qayınanası Sevil xanım, bacısı oğlu Kənan, Mədinə, Elgün təbrik edərək ona möhkəm cansağlığı, uğurlar, yorulmaz fəaliyyət, Azərbaycanımızın başını hər zaman uzaq bir ölkədə şərəfli etməyi, ailəsinin başının üstündən əskik olmamağı, ən əsası isə qalan ömrünü sağlam canla yaşamağı arzulayırıq.
Təbrikə Səttar müəllimin yaxın dostları Cəmil Dadaşov,Daşdəmir Əjdəroğlu,Pünhan Şükür,Xəlil Mirzə,Vüqar Hümbətov və bütün Oktaysevərlər də qoşulurlar


Dərin hörmət və səmimiyyətlə
Dostlar adından Cəmil Zəbhullaoğlu

Sonda Hafiz Baxışın ”Bizim dost itirən vaxtımız deyil” şerinin bir bəndi il sağollaşaq

Gəlin itirməyək dostları, qardaş,
Onsuz da çox deyil yaxşı dost, sirdaş.
Dostluq qalasından bir kərpic, bir daş
Uçurub aparır hər saat, hər il-
Bizim dost itirən vaxtımız deyil!


Son xəbərlər

Günün qoroskopu: Köhnə borcları bağlamaq zamanıdır

KİV: İran Qətərdəki ABŞ Hərbi Hava Qüvvələri mərkəzini sıradan çıxarıb

Dünyanın ən uzun yoludur, amma heç bir yerə aparmır - Fotolar

HƏSƏNXAN ƏSƏDOV : Şairlər Tanrının sevdikləridir - FOTO

CÜMŞÜD AYDƏMİR : Sevim,sevməyim... - FOTO

Adilə Nəzərin “Mühacirət monoloqu” - FOTO

Pentaqon: Avropa öz təhlükəsizliyinə görə daha çox məsuliyyət daşımalıdır

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

Sənubər Səhər : Duyğularımızın hakimi özümüzük?

ŞƏMSİYƏ KƏRİMOVA : Səni çox sevirik və çox darıxırıq... - FOTO

BMT TŞ Ukrayna ilə bağlı iclas keçirdi

Ermənistanda "sükut günü" başladı

QÜRBƏT AĞRISINI POEZİYAYA ÇEVİRƏN ŞAİR : Afiq Goycəli... - FOTOLAR

İLQAR BİZƏBAN : Ağ söyləsə ağdır,deməli qarə deməzlər - FOTO - QƏZƏL

UNUDULMAZ MÜƏLLİMİM HAQQINDA KİTAB - FOTO

“Baffi”nin aktyoru öldü

Türkiyənin balıqçı gəmisinə hücum oldu - Ölən və yaralananlar var

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib

Mirələm Mirələmovun atası vəfat etdi

Azov dənizində yaralanan azərbaycanlıların sayı artdı

Fransa, Britaniya və Almaniya liderləri Zelenski ilə görüşəcək

Bakıxanovda yaşayış binası yanır

ETX: Azərbaycanın rəqəmsal təhlükəsizlik sistemi mühüm transformasiyadadır

Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib

15 günə məlumat verməyən CƏZALANACAQ

Mikayıl Müşfiqin doğum günüdür

Mehriban Əliyeva minifutbol yığmamızı təbrik etdi

Məşhur aktyor sevgilisinin oğlu tərəfindən qətlə yetirildi

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930