
Xəbərlər
2.06.2026, 23:05
Xəlil Mirzə : Xəyal dünyam - FOTO
Xəyal dünyasıdır yaşadan məni,
Xəyal həsrətinə küsümdür mənim.
Istəmirəm taleyinə yük olam,
Xəyalın ömrümə bəsimdir mənim.
Dərd çəkmə ki, xəyal dünyam yox olar,
Qayğılanma, dərdim sənə çox olar.
Bəxş et mənə xəyal dolu yuxular,
Xəyalınsız dünyam yasımdır mənim.
Daha yaş da qərar tutumur ümiddə,
Solmuş güldən mayalanmaz ümid də.
Xəzan yeli nə vaxt bilir, nə müddət,
Yaxşım gedib, qalan pisimdir mənim.
Bədbinlik at çapır qəlbimdə yenə,
Əqli, düşüncəni salıb düyünə.
İradəm ram olub dərd istəyinə,
Köksümdə boğulan səsimdir mənim.
21.04.2005.
Xəyal həsrətinə küsümdür mənim.
Istəmirəm taleyinə yük olam,
Xəyalın ömrümə bəsimdir mənim.
Dərd çəkmə ki, xəyal dünyam yox olar,
Qayğılanma, dərdim sənə çox olar.
Bəxş et mənə xəyal dolu yuxular,
Xəyalınsız dünyam yasımdır mənim.
Daha yaş da qərar tutumur ümiddə,
Solmuş güldən mayalanmaz ümid də.
Xəzan yeli nə vaxt bilir, nə müddət,
Yaxşım gedib, qalan pisimdir mənim.
Bədbinlik at çapır qəlbimdə yenə,
Əqli, düşüncəni salıb düyünə.
İradəm ram olub dərd istəyinə,
Köksümdə boğulan səsimdir mənim.
21.04.2005.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










