Elçin NƏSİB,
jurnalist

Aynur Həbib qızı Zeynallı 2015-cil yanvarın 29-da Sabirabadda anadan olub. 1 yaş 3 aylığında Aynurun anası Güllü Cəfərova dünyasını dəyişib. O vaxtdan atasının himayəsində olan Aynur hazırda Heydər Əliyev adına liseyin 5-ci sinif şagirdidir.

Aynur vətənpərvər qızdır. Atası Həbib Zeynalov deyir ki, hələ uşaq yaşlarından Aynurun qəlbi Vətənə, torpağa bağlıdır. Ürəyi Azərbaycanın dərdi, sevinci və gələcəyi ilə döyünür. Bir gün Aynur televizora baxırdı. Orada əsgərlərimizi göstərirdilər. Birdən Aynur dedi: “Ata, mənə verilən pulu əsgər əmilərə göndərək”. O vaxt qızımın 6 yaşı vardı. Onun bu sözlərinə çox sevindim və qızımı dəstəklədim. Ertəsi gün Sabirabad “ASAN xidmət” mərkəzinə gedib Aynurun anasını itirdiyinə görə aldığı 233 manat müavinəti Azərbaycan Ordusunun Silahlı Qüvvələrinə göndərdik.
Atasının sözlərinə görə, hazırda Aynur anasını itirdiyinə görə 431 manat müavinət alır və həmin vəsaitdən öz istəyi ilə hər ay "YAŞAT" Fonduna köçürülür. Bundan başqa, Türkiyədə zəlzələ olarkən Aynur ora da yardım əli uzadıb. Ümumiyyətlə, Aynur 6 yaşından Azərbaycan Ordusunun Silahlı Qüvvələrinə, "YAŞAT" Fonduna və 2021-ci ildən isə “Türk Kızılay”a mütəmadi olaraq anasızlıq pensiyasını üç yerə bölərək göndərir.
Bütün bunlara görə Aynur Türkiyənin Qızıl Ay Cəmiyyətindən (“Türk Kızılay”), "YAŞAT" Fondundan və digər təşkilatlardan Fəxri Fərmanlar, təşəkkürnamələr almışdır.
Xeyirxahlıq nə yaşa, nə də fiziki imkanlara baxır. Unutmayaq ki, böyüklük boyda deyil, ürəkdə və əməldədir. Xeyirxah əməllər heç vaxt unudulmaz, yaxşılıq edən yaxşılıq tapar. Hud surəsinin 115-ci ayəsində deyildiyi kimi: "Allah yaxşı iş görənlərin mükafatını puç etməz".
Aynur Zeynallı özünün xeyirxah əməlləri ilə insanların qəlbində taxt qurub. O, şəhid ailələrinə də dəstək olur, yardımlar göstərir. Balaca xeyriyyəçi kimi tanınan Aynurla indi Sabirabad rayonunda hər kəs fəxr edir.
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu münasibətlə yumruğu boyda ürəyinə Azərbaycan qədər sevgi sığdıran Aynur qızımızı ürəkdən təbrik edirik! Qoy qəlbində yaşayan Vətən sevgisi, qüruru və böyük vətənpərvərlik hissi heç vaxt onu tərk etməsin.











Son xəbərlər

Saatı bir ev qiymətinədir

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Ağdam, Çəmənli : Quruyan çöllərim çəmən oldumu? - FOTO

Ürək üçün ən faydalı üç qida

Azərbaycan boksçuları Qazaxıstanda 3 medal qazanıblar

Diploma gedən yol qısalır: Azərbaycanda ali təhsilin müddəti 3 il olacaq?

Ağdabanın saz-söz ocağından dövlətçilik yoluna: Cavid Qurbanovun doğum gününə - FOTO

23 saat 43 dəqiqə: Suverenlik, separatizmin sonu və Cənubi Qafqazda yeni reallıqlar - ŞƏRH

Prezident bir qrup neft sənayesi işçisini təltif edib - SƏRƏNCAM

Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb - Fotolar

İran və Pakistan xarici işlər nazirləri telefonla danışıb

Lilpar Cəmşidqızı : Sənin səmadə, cənnətdədir ünvanın, Asim - FOTO

Dörd yaşında yarımçıq qalan ömür

Deputat: Dövlət Suverenliyi Günü dövlətçilik tariximizin ən qürurverici səhifələrindən biridir

Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı

Elxas Comərd : AĞRIDAN DOĞAN ZƏFƏR - FOTO

Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı

MƏXFİ ƏMƏLİYYAT: SUVERENLİYƏ APARAN YOL

Bazar günü arabir yağış yağacaq

XİN Kitts və Nevis xalqını Milli Günü münasibətilə təbrik edib

Hasil Abbasov gənc xanıma vəzifə verdi - FOTO

Müəllimlərin işə qəbulu müsabiqəsindən sonra təxminən 3 minə yaxın vakant yer yaranıb

Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı - Fotolar

Azərbaycan Ordusunun Qarabağda antiterror əməliyyatına başlamasından üç il ötür

Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni, "Sabah" "İmişli"ni qəbul edir

WSJ: Konqresdə Pit Heqsetin Pentaqona rəhbərliyindən narazılıq artır

MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Ən çox gəlir gətirən aktyor oldu

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930