Həzin şeirlər müəllifi Aynur Dəryanın giley -güzarlı şeirinə nəzirə -  HƏZİN ŞEİRLƏR
Həzin şeirlər müəllifi Aynur Dəryanın giley -güzarlı şeirinə nəzirə

HƏZİN ŞEİRLƏR

Yas evi qan ağlayan vaxt,
Gələnlər aş dərdindədir,
Ölən qalıb bir qıraqda,
Küftə-bozbaş dərdindədir.

Deyib, başa salmaq gərək.
Ölənə yanarkən ürək.
Süfrədə her çeşid yemək,
Halva-lavaş dərdindədi.

Bu adətdir,ya savurma?
Matəmdə qarın doyurma!
Stolda kabab,qovurma
Bu hələ xaş dərdindədi.

Aynur Dərya 03/01/2023

DEYİNMƏYİN YEYƏ-YEYƏ
Dədə baba qoyan yolu,
Şaxələnən hər bir qolu,
İstər qızı, istər oğlu,
Ehsan verir borcum deyə,
Deyinməyin yeyə-yeyə.

Qonşum versə ehsan aşı,
Necə atım mən bu daşı,
Fikirləş sən yaxşı-yaxşı,
Dua edib yerə-göyə,
Deyinməyin yeyə-yeyə.

Unudulsa dədə baba,
Soyumazmı isti soba?
Aşdan çəkərək bir qaba,
Başa, dizə döyə-döyə,
Deyinməyin yeyə-yeyə.

Əvvəlindən ölçüb- biçib,
Toy düyündə başa keçib,
Bu adətdir yeyib, içib,
Uyuyaraq səsə-küyə,
Deyinməyin yeyə-yeyə.

Gəl uzatma bu davanı,
Ehsan buyurmuş halvanı,
Qarışdırıb sən dovğanı,
Uyub belə bir özgəyə,
Deyinməyin yeyə-yeyə.

Atam balası deyim yenə,
Versən əgər ehsan mənə,
O, da çoxdur desən sənə,
Vermə mənə söyə-söyə,
Deyinməyin yeyə-yeyə.

Şəhlayam mən sözün canı,
Ucuz tutma sən insanı,
Allah yetirsin imkanı,
Axır qəmin deyə-deyə,
Deyinmə sən yerə-göyə.


Şəhla Xəlilqızı.
04.01.2023.

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930